Pulsuz blog xidməti verən 6 sayt

Şəkidə təlim üçün bloq xidmətləri verən saytlar haqqında slayd hazırlayırdım. Sonra elə onları hazırlamışkən bir yazıda burda paylaşmaq istədim. Necə deyəllər “bir güllə ilə iki quş”. 🙂 Əvvəllər forum saytlarında gəzərdik. İndi isə bloqlar, internet dünyasını hakimiyyəti altına almış vəziyyətdədir. Hər kəs izləyəcək bir bloq tapa bilər. Hər kəs bir bloq saytı hazırlaya bilər. Bunun üçün kompüter mühəndisi olmanıza ehtiyac yoxdur. İşin çətin qisimini görən, bloq xidməti təmin edən veb saytları var. Şablonlardan seçib, rəngləri təyin edib yazılarınızı yazmağa başlayırsınız. Bu qədər sadədir. İndi isə ən çox istifadə edilən bloq xidmətləri:

1. LiveJournal.com – Ən qocaman :), ən çox istifadə edilən saytlardan biridir. Yazılarınızın hər kəs tərəfindən oxunmasını istəmirsinizsə LiveJournal istifadə edə bilərsiniz. Yalnız müəyyən bir qrupa görünmək istəyənlərin seçimi olur əsasən.

2. WordPress.com – Bloq xidmətləri arasında liderdir. Digərlərinə görə bir az daha qarışıq görünüşü var. Şablonlar, əlavələrlə bloqunuzu fərqli hala gətirə bilərsiniz. “bloqunuzunadı.wordpress.com” alan adı verir.

3. Blog.com – Bir başqa pulsuz bloq xidməti verən saytdır. Pullu versiyası məzmun və dizayn baxımından daha zəngindir əlbəttəki. 🙂

4. Blogger.com – Googlenin ödənişsiz xidməti  “bloqunuzunadı.blogspot.com”  adı təqdim edir.

5. Blogcu.com – Blogcu, oxumağı və yazmağı sevən yüz minlərin görüşdüyü, tanış olduğu, bloqları yazıb oxuduğu Türkiyənin ilk bloq platformasıdır. Bu xidmət, 2005-ci ildən bu yana ödənişsiz olaraq təqdim edilir.

6. Typepad Micro – Pulsuz, asan bir Typepad xidmətidir. Yazıların, fotoşəkillərin, videoların Facebook, Twitter kimi sosial media saytlarında paylaşılmasını asanlaşdırır. Typepad Pro versiyası da var.

 

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

2 comments On Pulsuz blog xidməti verən 6 sayt

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer