Hələ o qədər ağıllısına rast gəlməmişəm

Müdrik insanın birindən soruşurlar:

– Ustad, bir adamın zəkasını necə bilirsən?

– Danışığına baxıram.

– Birdən heç danışmasa?

– Hələ o qədər ağıllısına rast gəlməmişəm

Deyəsən insan böyüdükcə ağıllanır, ağıllandıqcada susur. Fikir verirəm əvvəllər daha çox danışırdım, artıq daha çox dinləyən, sonra danışan, az danışan olmuşam. Əvvəl danışmayanda özümü orada deyil kimi hiss edir,  özümü göstərməyə çalışırdım, məndə varam deyirdim.  Danışmadıqca,  bir şeylər demədikcə yaddan çıxartdım düşünməsinlər istəyirdim. Artıq sustuqca xatırlayıram.  Ağıllandıqca susur, susduqca ağıllanıram.

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

2 comments On Hələ o qədər ağıllısına rast gəlməmişəm

  • Salam Sanan bey.
    Əvvəla yazılarınızdan bu 2ci dir ki oxuyuram. Çox sag olun. həqiqətən də təqdirəlayiqdir.
    Yazıya gəldikdə isə onu deyə bilərəm ki, məndə bu prosses əksinə baş verir. Mən əvvəllər çox az danişardım indi isə heç susmuram. Hərçənd mənə də hərdən elə gəlir ki, mən əvvəllər indikindən daha ağıllı idim, indi isə…. 🙁
    Sizcə bu əksinə dəyişim normaldı?!..

    Sizə işlərinizdə uğurlar

    • Əslində normal deyil. Bunun müxtəlif səbəbləri ola bilər, ya həddindən artıq stres, sıxıntı, ya da aşiq olmusunuz xəbəriniz yoxdu 🙂

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer