Bundan əvvəlki “Təhlükəsizlik araşdırması” yazımda bəzi məqamlara toxundum. Sonra bir-iki zəng gəldi və ən əsas maraqlandıran isə azvision.az saytı idi. Deməli bu xəbər saytı yazımı olduğu kimi götürüb və xəbər olaraq qeyd edib. Buna qarşı deyiləm. Hətta onlara təşəkkür edirəm, müəllif hüquqlarını qoruyub kimin yazdığını da qeyd ediblər, üstəlik bloguma linkdə veriblər.
Məsələ tam başqadır. Burada biraz qurban kimi gedən publika.az saytı da olub. Azvision.az saytı belə bir xəbər yazıb “Xəbər saytlarının trafik fırıldağı – ŞOK” və orada publika.az saytının bu vasitə ilə trafik yığdığını yazıb. Əslində isə məsələ biraz başqadır. Burada publika.az trafik yığmır, publika.az dan başqa sayta yəni fotofun.az saytına trafik gedir. Yəni əslində zərər görən tərəf publika.az saytıdır. Bir əvvəlki yazımda publika.az saytını qınadımsa burada azvision.az qınayıram. Çünki onlarda məsələni tam anlamadan xəbər yayıblar. Bu yazını isə sırf yalnış anlaşılmanın qarşısını almaq üçün yazdım. Bu yazını oxuyub yalnışlığı düzəltsələr yaxşı olardı.