Fahişəlik nədir?

Bu tipli mövzuları əsasən özümə ən yaxın olan insanlarla müzakirə edirəm və fikirlərimi ancaq onlar bilir. Ancaq bardağı daşıran damla ki, var bax o çox pis şeydir və insan o həddi keçəndən sonra artıq qaydaları və sərhədləri aşaraq, birazda emosiyaların verdiyi güc ilə fikirlərini müəyyən insanlar çərçivəsindən çıxardıb ümumi edir. Bəlkədə bu tipli bir yazı yazdığım üçün bəzi yaxınlarım məni qınayacaq, amma bunu yazmağa ehtiyacım var idi, çünki bardağı həqiqətən daşırmışdılar. Bəs bu yazı niyə belə başlıqdadır? Fahişəlik nədir? Continue reading…


“Share” düyməsi ləğv olundu

Facebook “like” (bəyən) düyməsi çıxandan “share” (paylaş) düyməsi artıq öz aktuallığını itirirdi. Buna ən bəsit nümunə facebook developpor hissəsindəki “Social plugins”də “share” düyməsini artıq rəsmi olaraq çıxartmışdı, amma hər kəsin saytında bu qalmışdı və hər kəs bunu işlədə bilirdi. Continue reading…


Kimisə tənqid edərək…

Pəncərədən yağış

Hə deməli belə. Kimliyindən asılı olmayaraq, hətta sevmədiyini desə belə hamının ortaq sevgisi olan yağış yağdı bugün. Bu yazını yağışa olan sevgimdən və yaxud onun xüsusi verdiyi zövqdən yazmayacam. Bu yazını yazma səbəbim insanlar da yaranan heç sevmədiyim bir alışqanlıqlarıdır. Fikrimi qısa kəsəcəm. Yağış olsun, qar olsun və yaxud digər xüsusi bir şey olanda (Kİ bu yağış yayda olduğu üçün xüsusi deyirəm) insanlar normal olaraq sosial şəbəkələrdə bu haqda fikirlərini, hisslərini yazırlar. Bu normal haldır və belədə olmalıdır. Continue reading…


Yağ yağış yağ elə lehsan

Deməli bugün (17.04.2012)  “Xırman” şirkəti ilə bir görüşməyə getdim. Görüşəcəyimiz yer Biləcəriyə yaxın idi. Nəysə əsas məsələ o deyildi zatən. Getdim görüş gedən vaxtı güclü yağış başladı. İçəridə olduğum üçün çoxda ciddiyə almadım. Hardasa saat yarımlıq bir görüş oldu və çıxanda çox güclü yağış yağdığını gördüm üstəgəl dərsə tələsdiyim üçün taksiyə mindim ki, tez çatım. Continue reading…




Gözəl həyat üçün 23 tövsiyyə

Çoxdandır həyatımın həm çətin, həm enişli, həm yoxuşlu, həm xoşbəxt, həm stressli, həm xoşbəxt nəysədə bir sözlə “manna-kaşa” dövrünü yaşayıram. Yazmamağımda onunla əlaqədar idi. Daşları yerinə otuzdurub dəqiq fikirlər yazmaq prinsipimdir. Yoxsa bu gün hiss etdiklərimi bu gün yazıb sabah başqa fikir yazmaq bizlik deyil 🙂 Continue reading…


Twitter yeni görünüşə keçdi (yenilənib)

Çoxdandır baş qarışıq idi yaza bilmirdim. Arada hesablarımı nəzərdən keçirirdim. Dünən @AzeriFire sayəsində Twitterin yeni görünüşü haqda məlumat verdiyi səhifəyə baxdım. İlk görünüşdən məndə facebooklaşma effekti yaratdı. Yeni görünüş haqqında o səhifəyə baxmaq istəsəniz fly.twitter.com linkindən baxa bilərsiz. Continue reading…


Sıxışdırılmış həyatlar

birbaşa qana qarışacıqsa… gecə yarısını çox amma çox keçib… bir neçə saatdır yağış yağır və gedərək daha az avtomobilin keçdiyi prospektə, küçə lampalarının altında süzülən yağış, işıqları sönən evlərdə hələ yatmamış bir neçə otağa baxaraq qırmızı şərab qurtumlanır, playlist-də sobanın yoldaşlığı ilə rolling stones çalınır. mahnı aralarındakı boşluqlara şəhərin səssizliyi sızır. gecə şəhərə yağış yağır, işıqları sönmüş mənzillər kimsəsiz məzar daşları kimi yuxudadır. üstünü qar örtmüş ağac budaqları yuxudadır. şərab şüşəsi, aşiq olduğun qadın, otaqdakı kölgələr, kitablar, sözlər yuxudadır. bütün şəhər yuxudadır. Continue reading…


Pulsuz blog xidməti verən 6 sayt

Şəkidə təlim üçün bloq xidmətləri verən saytlar haqqında slayd hazırlayırdım. Sonra elə onları hazırlamışkən bir yazıda burda paylaşmaq istədim. Necə deyəllər “bir güllə ilə iki quş”. 🙂 Əvvəllər forum saytlarında gəzərdik. İndi isə bloqlar, internet dünyasını hakimiyyəti altına almış vəziyyətdədir. Hər kəs izləyəcək bir bloq tapa bilər. Hər kəs bir bloq saytı hazırlaya bilər. Bunun üçün kompüter mühəndisi olmanıza ehtiyac yoxdur. Continue reading…