Pəncərədən yağış

Kimisə tənqid edərək…

Hə deməli belə. Kimliyindən asılı olmayaraq, hətta sevmədiyini desə belə hamının ortaq sevgisi olan yağış yağdı bugün. Bu yazını yağışa olan sevgimdən və yaxud onun xüsusi verdiyi zövqdən yazmayacam. Bu yazını yazma səbəbim insanlar da yaranan heç sevmədiyim bir alışqanlıqlarıdır. Fikrimi qısa kəsəcəm. Yağış olsun, qar olsun və yaxud digər xüsusi bir şey olanda (Kİ bu yağış yayda olduğu üçün xüsusi deyirəm) insanlar normal olaraq sosial şəbəkələrdə bu haqda fikirlərini, hisslərini yazırlar. Bu normal haldır və belədə olmalıdır. Mənim sevmədiyim isə bu trendə uyğun yazan insanları tənqid edənlərin etdikləridir. Çünki inanın ki, “Ay yağış başladı hamı yağışdan yazacaq”, “Ay yağış kəsdi hamı torpaq qoxusundan yazacaq” kimi status və ya tvitlərlə heç kim ağıllı görünmür. Təəssüf doğuran hal orasındadır ki, bunu yazanlardan bəziləri internet sahəsindəki insanlardır, hansı ki, bütün günü tvitteri tərifləyib, trendlərin nə olduğunu, niyə olduğunu, önəmli olduğunu yazırlar. Yağış da bir trenddir və insanların bu haqda yazması normaldır. Əgər normal görməyənlər varsa bir də “ay mən aktiv tvitter istifadəçisiyəm”, “tvitter önəmlidir” və s. bu kimi zırt-pırt danışmasınlar.  Sonda isə məsləhət deyil də, xırda bir tövsiyyə etmək istəyirəm.

Kimisə tənqid edərək özünüzü ağıllı göstərməyə çalışmayın. İnanın ki, kənardan tam başqa cür görünürsünüz!” 😉

P.S. Bunu da deyim ki, bunlar mənim subyektiv fikirlərimdir və kimsə qəbul etməyə bilər, amma bunları yazmasam ürəyim partlayardı 🙂

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

2 comments On Kimisə tənqid edərək…

  • farklı görünmeye çalışmak insanın doğasında var 🙂 bence farklı düşünce ve davranışlar her zaman olmalı.şöyle düşünün ki ; o insanlar bu karşıt fikri ortaya atmasaydı ,siz şuanda bu yazıyı yazmış olmayacaktınız 😉 ben bu yazıyı okumuş olmayacaktım ve yorumumu yazamayacaktım…bu yazı için size teşekkür ediyorum , yazıya vesile oldukları için de o arkadaşlara 😉

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer