YouTube yeni görünüşə keçid

Salam. Bir neçə gündür vaxt azlığından yaza bilmirdim. Bu gün maraqlı bir məlumatlar qarşılaşdım və sizlərlə paylaşmaq istədim. Məsələ YouTube yeni dizaynıdır. Çoxları bunu görüb, amma özü keçmək istəsə də keçə bilməməsidir. Bunun üçün çox sadə 4 mərhələ keçmək lazımdır vəssalam. Mərhələlər aşağıdakılardır:

1. http://www.youtube.com saytını açın
2. Ctrl + Shift və J-ni basıb Chrome-də Developer Tools-u açın
Firefox-da Ctrl+Shift+K basmalısınız
3. “Console”  tabını basıb aşağıdakı kodu ora daxil edin
document.cookie=”VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU”;
və enter basın
4. Və son ən çətin mərhələ səhifəni yeniləyin vəssalam (Reload) 🙂

Sonda isə yeni görünüşün necə olduğunu sizlərlə paylaşıram ki, keçəndən sonra peşman olsanız məni söyməyəsiniz 🙂

7 comments

  1. Aqşin Mahmudov   •  

    “Console” tabında göstərilən kodu yerləşdirib “enter”i basandan sonra “SyntaxError: Unexpected token ILLEGAL” yazır.
    Mən bunu çoxdan etmişdim, amma başqa və uzun-uzadı yolla. Ola bilsinmi ki, məndə başqa görünüş olduğundan bu səhvi versin?

    • Sənan Quliyev   •     Author

      Ola bilər səndə fərqlidir. Bu legal yoldur. Test versiyanı rəsmi bu yolla yoxlayırlar. Məndə belə istifadə edirəm.

  2. Fərid   •  

    Aqşində olan problem eyni ilə məndə də təkrarlanır..

  3. Mələk   •  

    Aqşindəki xəta məndə də gəldi 🙁

    • Sənan Quliyev   •     Author

      document.cookie=”VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU”;

      Bu kodu köçürt. Orda html götürür, ona görə.!

  4. Fərid   •  

    Kimdəsə “SyntaxError: Unexpected token ILLEGAL” yazılırsa, “Console” bölməsinə javascript:document.cookie=”VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU”; bu kodu yazsın. Məndə belə işlədi.
    Sənan istəsən, postda aşağıda update kimi yaz 🙂

  5. Sənan Quliyev   •     Author

    document.cookie=”VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU”; bu kodu copy paste edin!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *