Dizaynerin işinə qarışmayın Kİ!

Əslində bunun mənə heç bir aidiyyatı yoxdur. O baxımdan biraz xoşbəxt hiss edirəm özümü 🙂 Amma ətrafımda olan dizayner tanışlarının “İŞLƏRİNƏ QARIŞMAQ” problemlərini görürəm tez-tez və bu barədə yazmaq istədim. Dizaynerlərin tez-tez başına gələn problemlərindən biri də və deyərdim ki, ən böyüyü elə məhz bu işlərinə qarışılmasıdır. İş bitib, təhvil verilib. Müştəridən gələn istəklər dizayneri dəliyə çevirir. Onsuzda işə başlamamışdan vacib olsada olmasada “tələsik işdir, sən bacararsan” deyib işi gözlərində əməlli-başlı kiçiltmələridir. Əgər sizdə dizaynersinizsə və müştəri xırdaçı biridirsə yandınız deməkdir!

  • Bu kənarı biraz yuxarə qaldırsaq
  • Rəngi eləbil biraz solğundur, bu rəngləri istifadə et
  • + Bunu dəyişdirək
    – Düzəltsək çox vaxt ala bilər və yenidən düzəltmək məcburiyyətində qala bilərik
    + Olsun ee, dizayner adamsan 1 saat çəkməz heç
  • Mən sənə belə düzəlt demədim ki
  • Buranı heç bəyənmədim, sil görək necə görünəcək

Bu tipli dialoqlar tez-tez olur. Bu mövzunu əməlli-başlı uzatmaq olardı, amma bunu qəşşşşəng izah edəcək bir video çarx və 2 şəkil tapdım. Onlar mənim yerimə hər şeyi sizə izah edər.

Reyhan Oğuz tərəfindən dizayn edilmiş tipoqrafik bir iş. Göy rəngdə olanı kimin çəktiyini tapa bilmədim. Ona görə yaza bilmədim!

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer