Arada tez-tez qarşıma çıxan problemlərdən biridir. Ona görə paylaşmaq istədim. Böyük ehtimal versiyalaşdırma (versioning) istifadə edən hər kəsin ən az bir dəfə başına gəlib.
Əgər git deponuzun (respository) arada gözlənilməz şeylər edirsə (misal üçün .gitignore faylında qeyd etdiklərinizi hələ də yükləməyə davam edəndə) və çarəsini tapa bilmirsinizsə sadəcə keşi təmizləməyi yoxlayın. Aşağıdakı kodları terminalı açaraq layihəni olan qovluğa gedin və aşağıda yazılar əmrləri (command) tək-tək işlədin.
git rm -r --cached . git add . git commit -am 'git cache cleared' git push
Böyük ehtimal probleminiz həll olmuş olacaq, amma yenədə mən daha “şanslıyam” və bu problemimi həll etmədi deyirsinizsə, şərhlərdən problemi paylaşsanız kömək etməyə çalışaram.