Psixoloji müharibədə bəzi anlayışlar

Bu dəfəki yazıda psixoloji müharibədə istifadə edilən bəzi anlayışların açıqlaması barədə yazacam. Aşağıdakı anlayış və ya terminlər psixoloji müharibədə istifadə olunur.

Strategiya:

Bir gücün siyasi, hərbi, iqtisadi və psixoloji qüvvələrini istənilən sahədə istifadə etmək, istənilən hədəflərin əldə edilməsi üçün plan qurmaq sənət və məlumatıdır.

Taktika:

Təyin olunmuş hədəf və strategiya istiqamətində ən yaxşı fəaliyyət tərzinin sənət və məlumatıdır.

Hərbi psixolji müharibə:

Psixoloji hədəf, psixoloji mövzu təyin edikdikdən sonra müharibədə və ya fövqəladə vəziyyətlərdə düşmən və dost birliklərin duyğularını, düşüncələrini və hərəkətlərini, inanclarını, həyata baxışlarını, müharibənin uğurunu dəstəkləmək üçün təsirli təbliğat və tədbirlərin planlanaraq istifadə edilməsidir.

Hərbi psixoloji fəaliyyət:

Sülh şəraitində və ya təyinatlı sahənin xaricindəki bölgələrdə tətbiq olunan, planlanan, sövq və idarə edilən psixoloji qarşıdurmalardır.

Məlumat müharibəsi (Information Warfare):

Kompüter dövründə jurnalistlərin güllə ilə öldürülməsi, kəşfiyyat və komanda mərkəzinin bomba ilə zərərsizləşdirilməsi əvəzinə, düşmənin kompüterlərinə girərək enerji şəbəkəsi, telefon sistemi, maliyyə şəbəkəsi, çatdırılma müəssisələri və maye yanacaq xətlərinə hücum etməsidir. Sosial həyatı böyük ölçüdə zərərsizləşdirmək hədəflənir.

Elektron müharibə:

Mikrodalğa, FM kanallarını istifadə edərək düşmən əsgərini zərərsiz hala gətirmək, planlanan hədəfə çatmağı asanlaşdırmaqdır.

Şəxsiyyət:

Fərdlərin sosial vəziyyətlər qarşısındakı xüsusi olan və ya olmayan bütün duyğu, düşüncə və davranış qəlibləridir.

İnstinktlər:

İnsanın provakasiyalarda iştirak etməsinə səbəb olan daxili sövq edici vasitələr.

Fizioloji instinktlər: Aclıq, cinsəllik, istirahət, yatmaq, qorunmaq.
Psixoloji instinktlər: Uğur qazanmaq, inanmaq, güvənmək, sevmək-sevilmək, tərifləmək-tərif eşitmək, idarəetmə duyğusu.
Sosial instinktlər: Ailə sahibi olmaq, sosial gələcək, özünü təhlükəsiz hiss etmək.

Psixoloji hədəf:

Düşməndə qorxu, dəhşət, ümidsizlik, gələcək narahatlığı, yorğunluq hissləri yaradaraq onu öz təsiri altında saxlamaqdır.

Kütləvi daxili düşmən:

Sülh şəraitində istifadə edilən metoddur. İşğal edilən bölgədə qaydalara əməl etməyən, qarşıdurma yarada biləcək qrupların potensial təklükə elan edilməsidir. Faşizmdə, qaydalara əməl edən xalq, etnik və dini qruplar, idarəçilər kimi düşünməyən hər bir fərd və ya qrup daxili təhdid olaraq qiymətləndirilir. “Alma yemək qadağandır” kimi bəsit bir qayda qoyulur. Bu qaydaya əməl etməyənlər, “Dövlətə qarşı gəlir” deyərək tədbir planına alınır. ABŞ-da komunizmlə mübarizə dövründə Mc Charty, Almaniyada da Hitler yəhudilərə qarşı bu metodu istifadə edib.

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer