Proqramçılığın təməli və Alqoritm

Ümumiyyətlə proqramlaşdırma, istifadəçilərin istəklərini qarşılayacaq, mühasiblik, anbar və müəyyən informasiyaları izləmə tətbiqləri kimi müxtəlif proqramları meydana gətirəcək kodları hazırlamaqdır. Bunu edən adam da proqramçıdır.

Alqoritm, ediləcək işin planlaşdırılması və izləniləcək yolun təyin olunması mənasını verməkdədir. Gündəlik həyatda fərqində olmadan alqoritmlər qururuq. Məsələn bir işi etmədən əvvəl özümüzə soruşuruq: “mən bu işi necə edim?” Bax bunun cavabını zehinimizdə canlandırmağımız və fikirlər düşünməyimiz bir alqoritmdir.
PHP ilə edəcəyiniz bütün tətbiqlərdə, alqoritmi istifadə etsəniz həm daha asan nəticə əldə edərsiniz, həm də qarşılaşdığınız problemləri həll etmək çox vaxtınızı almaz. Çünki proqramın axışını və necə işləməsi lazım olduğunu daha əvvəl planlaşdırmış olursunuz.
PHP təhsili ilə əlaqədar dərslərdə tələsiklik etmədən, mövzuları anlayaraq və nümunələri araşdıraraq irəliləməniz, PHP-i daha yaxşı anlamanızı və təməli möhkəm atmanızı təmin edəcək. Yazacağım məqalələri, çox detallara girmədən qısa və aydın şəkildə yazmağa cəhd göstərəcəm. Ümid edirəm faydalı olar.

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

Site Footer