PayPal ilə alışverişin gələcəyi

PayPal, “Gələcəkdəki pulu bu gündən təqdim etməyə başlayır.” şüarıyla yeni nəsil ödəmə platformalarını xəyal edə bilməmiz məqsədiylə gələcəkdə alışverişin necə görünə biləcəyi ilə əlaqədar bir az da şişirdilmiş sayıla biləcək bir video yayımlayıb.

Elə bir ödəmə sistemi düşünün ki, üz-üzə ödəmə və transferi mümkün edir, müəyyən mağazalarda alışveriş etdiyiniz hər şeyi anlıq olaraq PayPal hesabında real pul olaraq transfer edə bilir,  qiymətlərin barkod yoxlama ilə göstərilə bilir, QR kod ilə hesab ödənə bilir, yazar kassada ödəmə etmək üçün gözləmək yerinə barkod yoxlama ilə yerindəcə ödəmə imkanı verir və siz ödəmə etdikdən sonra ödəmə növü  seçmənizə imkan verir…

PayPalın CEO-u Scott Thompson önümüzdəki bir neçə ay içində bu platformanı təqdim edə biləcəklərini, ancaq bu tip ödəmə sistemi kimi nümunələrin ən az yarısının irəli səviyyə texnologiya tələb etdiyini və uzaq bir gələcəyə aid olduğunu dilə gətirdi. Yaxşı siz nə düşünürsünüz? Bu ödəmə əməliyyatları ilə gələcəkdə qarşılaşmamız mümkündürmü? Bu sistemlər real olsalar, alışveriş vərdişlərimizdə köklü dəyişikliklər edərmi?

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer