MySQL nədir?

MySQL, 1996-cı ildən bu yana milyonlarla istifadəçisi olan, çox sürətli və etibarlı bir verilənlər bazası serveridir. Standart verilənlər bazası sorğulama dili olan SQL (Structured Query Language – Struktur Sorğulama Dili) istifadə edir.
Açıq qaynaq kodlu ödənişsiz paylanan bu proqram Windows, Linux və Mac OS kimi bir çox platformada problemsiz işlədilə bilər.
Verilənlər bazası proqramları, məlumatlarını saxlamaq və daha sonra üzərində əməliyyatlar etmək üçün istifadə edilir. MySQL, məlumatlara müraciət əməliyyatlarında yüksək sürətlərdə işləyir və birdən çox istifadəçinin eyni anda əlaqə qurmasına imkan verir.
MySQLin rəsmi veb səhifəsinə, http://dev.mysql.com/downloads/ ünvanından əldə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *