Gələcəyin müharibələri

Gələcəyin müharibələri

Gələcəyin müharibələrində on minlərlə əsgər, təyyarə, dəniz donanması, top və tankın yerinə ağıllı mikroçiplərlə təchiz edilmiş kompyuterlərlə işləyən irəli texnologiya məhsulu olan silahlarla təmin edilmiş az sayda əsgər, lazer şüaları ilə düşmən hədəfinə atəş açabilən insansız uçan təyyarələr ilə, mini partlayıcılar yer alacaq. Virtual müharibə taktikaları ilə işləyən qərarghlar daha çox məlumata sahib olmağın nə qədər önəmli olduğunun fərqindədirlər.

Daha çox məlumata sahib olan hərbi mütəxəsis heyəti dost və düşmən birliklərin duyğularını, hərəkətlərini dəyişdirmək üçün çalışacaqlar. Burada tək məqsəd var, o da müharibənin qalibiyyətini dəstəkləməkdir. Bu nəticəyə çatmaq üçün ediləcək üç vacib şey var. Bunlar təsirli propaqanda, uyğun metod hazırlamaq və planlayaraq tətbiq etməkdir.

Gələcəyin müharibələrində əsgər irəli texnologiyanın döyüşçüsü olacaq. Roketləri kompyuterlər idarə edəcək, topçu hədəflərini yenə kompyuter vasitəsilə vuracaqlar. Qara ulduz, Stealth olaraq adlandırılan insansız təyyarələr, radarlara görünmədən 8-10 saat uçub şəkillər çəkəcək və rəqəmsal kameralar cəbhədə olan hər əsgərə veriləcək. Müharibə gəmilərinin radarlarına bağlı stansiyalar məlumat mərkəzləri olacaq, kosmosa göndəriləcək cihazlar “egzoz” (bizim dildə bu termini bilmirəm) qazlarından yerdəki hərəkətləri təyin edəcəklər. Peyklər quru-dəniz-havada toplanan bu məlumatların əlaqəsini quracaq və nəticə də qərərgahda olan super komyuterlərə bütün mərkəzlərdən gələn məlumatları toplayıb dəyərləndirərək ən uyğun hücum və müdafiə planını təyin edəcəklər.

Ən güclü silahın bombalar deyil, dəqiq və doğru məlumatlar olacağından gələcəyin müharibələrində əsgərin sayı deyil keyfiyyətləri ön plana çıxacaq.

Aşağıdakı cədvəldə görəcəyiniz kimi texnologiya inkişaf etdikcə məlumat axışı sürətlənir, kilometri qoruyan əsgər sayı isə azalır.

Müharibələr 10 km qoruyan əsgər sayı Məlumat ötürülməsi İllər
ABŞ vətəndaş müharibəsi 38.830 Teleqraf, dəq. 30 kəlimə 1861-1865
I Dünya müharibəsi 4.040 Teleqraf, dəq. 30 kəlimə 1914-1918
II Dünya müharibəsi 360 (Teleqraf, telefon) dəq. 66 kəlimə 1939-1945
Körfəz müharibələri 23-24 Kompyuterlər, dəq. 192 min kəlimə 1991

Tarixi bir qeyd: 1517-ci il, Misir. Yavuz Sultan Səlim Məmlük Sultanı ilə söhbət edir. Müharibədə niyə məğlub olduğunu Məmlük Sultanı belə açıqlayır: “Sizin dönən toplarınız var, mən onlardan almaq istədim? fəqət buradakı alimlər buna kafir icadıdır deyə qarşı çıxdılar.”

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

1 comments On Gələcəyin müharibələri

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer