Dumansız Duman!

Növbəti yazım Dumanın konsert təəsüratlarına qismət imiş. Sizə təşkilati çatışmamazlıqları filan deyə bilmərəm istəyən olsa bu barədə http://fikirlog.com/?p=478 linkidən oxuya bilər. Mən yadımda qalan bəzi nüasnları qeyd edəcəm ən sonda isə dünənki konserti nəyə oxşatdığımı yazacam.

Əvvəlcə onu deyim ki, konsertə getməyəcəkdim 10-a 25 dəqiqə qalmış dedim  gedim, geciksəmdə olar. Gedib 11-ə 15 dəqiqə işləmiş ora çatanda gördüm ki, yox mən gecikməmişəm hətta 45 dəqiqə tez gəlmişəm 🙂 Konsertə girəndə Ariflə girdik və girəndə ilk surpriz gəldi ki, sən demə bu konsertdə pivə olaraq, ancaq “Xırdalan” içmək olar. Ya “Efes” “Xırdalan”ı yaman pis təkərə salıb, ya da təşkilatçılar biraz daha çox pul qazanmaq istəyib 🙂 Nəysə girdik indi gəlir bu dəqiqə gəlir deyə-deyə 1 saat millətə “soxuş” gəldilər və budur gözlənilən an Duman səhnədədir. Düzünü desəm çıxması və ya çıxmaması o qədər də fərq etmədi çünki bütün konsert boyu cəmi 15-20 dəq səhnəyə baxdım. Mənə əsas lazım olan ortam idi, üstəgəl Dumanın Bakını “yola verdiyini” hissiyatı oyandı deyə ortama fokuslandım. Polislə maraqlı situasiyamız oldu, sonrasında yenidən konsertə davam. Biraz keçdikdən sonra “it yiyəsini tanımır” perioduna keçildi və birdə gördüm ki, konsert bitdi 🙂 Ariflə dedik gedək şəkil çəkdirək. Milləti fırlatmışdılar ki, gedib “OTTO”da gözləyin gələcəklər. Nəysə getdik təhlükəsizlik direktoru ilə danışdıq bizi kulisə buraxdı və gecə elə onda başladı mənim üçün. Düzünü desəm mən deyirdim adamlar özlərini dartar və s. amma çox səmimi çıxdılar. Kann neçə illik dostu kimi oturdu söhbət filan elədi. Düzdü içəri cəmi 5 nəfər girə bilmişdi bunun təsirindən də ola bilər, amma əsası odur ki, mənə çox əla təsir etdi. Çıxıb gələndə “sana hatıra verdimmi?” soruşdu, sonra Duman yazılı olan çaxmağını və konsertdə çaldığı gitar mizrabını hədiyyə etdi (sağolsun :D)

Xatirələrə görə solistə təşəkkürlər. Düzdü prodüserləri “mıxını” dirəmişdi ki, vaxtımız yoxdu, amma onu sayan yox idi. Hərə öz kefində idi. Duman konserti nə qədər çatışmamazlıqları olsa da o kulisdə keçən zaman hər şeyi düzəltdi. Nəysə sonra bir neçə xatirə fotosu və yola davam.

Bu xatirələrdən sonra çıxıb OTTO-a getdik gördük ki, bu millət həsrətlə Duman gözləyir və hələdə Dumanın ora gələcəyindən xəbərləri yoxdur, çıxdıq getdik dostlarla biraz yemək və hərə yata biləcəyi bir yerə dağılışdı. Hə bu arada həmin günə görə Arifə təşəkkürləri də unutmaq olmaz 🙂

Ən sonda isə dünən olub bitənləri nəyə bənzətdiyimi deyim yazını çox uzatmadan bitirim. Deməli konsertdə təşkilatçı, dinləyiciyə, dinləyici mühafizəçiyə, mühafizəçi polisə qarışmışdı. Ən biyabırçı cəhəti isə VİP-lər adi dinləyicilərə qarışdı bax onda kimin kim olduğu bilinmədi 🙂 Elə orda “Şap elə bilir şupdadı, şup elə bilir şapdadı” musiqisi yadıma düşdü. Allah sənə rəhmət eləsin Emin Sabitoğlu. Musiqin Duman konsertini tamı tamına izah edir 🙂

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

1 comments On Dumansız Duman!

  • Super gun idi ve Bash Sponsoru Baltika-Baki ve Kuler Pivesi olan bir konserin after partysinin “OTTO”da olacaqini dusunem ancaq Azerilerin aglina geler. P.S. dostlar unutmayin meshurlarin after partysi onlarin otel suitleirnde olur :))) Hercend ki, Ambassador Otelinin suiti elton Jhonun qaldigi Prezident suitinden defelerle kicik idi :))))

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer