Normalda bu tipli hekayələri çox oxumuram. Çünki hər kəs bu hekayələrə uyğun yaşasa biraz standart olar hər şey düşünürəm. Amma arada “Oğlum, artıq böyümüsən” ilə başlayan nəsihət verən hekayələr özünü oxutdurmağı bacarır. Bu dəfə də elə oldu və çox maraqlı bir hekayə oxudum. Düşünürəm ki, bunu danışmaq üçün mən öz oğlumu gözləməsəmdə olar 🙂 Sizlərlə paylaşmaq istədim.
Vaxtilə bir müdrik ustad, illərcə yanında yetişdirdiyi şagirdinin səviyyəsini öyrənmək istəyir.
Onun əlinə çox parlaq və sirrli görünüşə sahib iri bir nəsnə verib: “Oğlum” deyir, “Bunu götür, önünə gələn tacirə göstər, nə qədər pul verdiklərini soruş, sonra da zərgərə göstər. Heç kimə satmadan yalnız qiymətlərini və nə dediklərini öyrən, gəl mənə bildir.
Şagird əlindəki ilə ətrafındakı tacirləri gəzməyə başlayır.
Əvvəlcə bir baqqal dükanına girir və “Bunu neçəyə alarsınız?” deyə soruşur.
Baqqal parlaq bir muncuğa bənzətdiyi obyekti əlinə alır; o yana bu yana çevirir; sonra: “Buna bir manat verərəm. Bizim uşaq oynasın” deyir.
İkinci bir manufakturaçıya gedir. O da parlaq bir daşa bənzətdiyi obyektə ancaq beş manat verməyə razı olur.
Üçüncü dəfə bir sələmçiyə gedir: Sələmçi obyektə baxır, “Bu mənim əşyalara yaxşı bəzək olar. Bundan qaş dediyimiz bəzəklərdən düzəldərəm. Buna bir on manat verərəm.”
Ən son olaraq bir zərgərə gedir. Zərgər şagirdin əlindəkini görən kimi yerindən atılır. “Bu qədər qiymətli bir brilyantı, ləl-cəvahiratı haradan tapmısan?” deyə heyrətlə qışqırır və dərhal əlavə edir. “Buna neçə manat istəyirsən?” Şagird soruşur: Siz nə verirsiniz?” “Nə istəyirsənsə verərəm.”
Şagird, “Xeyr verə bilmərəm.” deyə daşı götürmək istəyəndə zərgər yalvarmağa başlayır: “Nə olar bunu mənə satın. Dükanımı, evimi, hətta torpaqlarımı verim.” Şagird əmanət olduğunu, satmağa səlahiyyətli olmadığını, ancaq qiymət öyrənməsini istədiklərini izah edənə qədər zərgər bir xeyli dil tökür.
Ləl-cəvahiratı götürüb zərgərdən çıxan şagirdin başı qarmaqarışıqdır. Belə qarışıq düşüncələr içində ustadının yanına qayıdır. Bir tərəfdə əlindəki nəsnəyə ağzını büzərək 1 manat verib onu oyuncaq olaraq görənlər, digər tərəfdə də ləl-cəvahirat adlandırıb buna sahib olmaq üçün hər şeyini verməyə hazır olan və hətta yalvaran kəslər.
Ustadın yanına qayıdan şagird, böyük bir qarışıqlıq içində başına gələn hadisəni danışır.
Ustad soruşur: “Bu qarşılaşdığın vəziyyətləri izah edə bilərsənmi?”
Şagird: “Çox çaşmışam ustad, nə deyəcəyimi bilmirəm, başım qarışıqdır” deyə cavab verir.
Müdrik: “Bir şeyin qiymətini ancaq onun dəyərini biləni anlayır və onun dəyəri bilənin yanında qiymətlidir.”
Hər insanın həyatında varlığını və dəyərini bilən, hiss edən, fərqləndirən zərgərlər mütləq vardır. Məsələ zərgəri tapmaqdadır…
2 comments On Zərgəri tapmaq
Bunu daha öncə də oxumuşdum, amma sənin verdiyin son fikir daha maraqli idi. 🙂
Bəyəndiyinizə şad oldum.