– Xəyal qurmaq, xəyallara inanmaq, birdən olarsaları düşünmək.
– Bir yay gecəsi səssiz bir sahildə qumların üstündə oturub səmanı izləyib xəyallara dalmaq.
– Yorğun gecənin sonunda sevgilini qucaqlayıb yatmaq.
– Metroya tam qapılar bağlanarkən minmək.
– Avtobusda oturacaq yer tapmaq və enənə qədər qalxmamaq.
– Ananın heç səbəb olmadan gəlib öpməsi.
– Avtomobil istifadə edərkən tam tıxacda sıxılanda radio kanallarını çevirdiyiniz zaman çox sevdiyiniz musiqinin çalınması.
– Avtomobildən əlini çölə çıxardıb küləyi hiss etmək.
– Qar yağanda ağzınızı açıb qar dənəsi tutmaq.
– Kiçik bir uşağın gülümsəməsi… barmağınızı möhkəm tutması.
– Sizin üçün çox əhəmiyyətli olan itirdiyinizi düşündüyünüz bir əşyanızı bir müddətdən sonra təsadüfən əlaqəsiz bir yerdə tapmaq.
– Kiçik bir kəpənəyi uçduğu zaman seyr etmək, ya da uzun qarışqa yolunu təqib edib yuvalarını tapıb onları izləmək.
– Çiyinindəki tutuquşunun gəlib sənə öpüş verməsi.
– Uzun bir müddət sonra evə qayıdanda həmin axşam ananızın ən sevdiyiniz yeməyi bişirməsi.
– Səhərlər aşiq olduğunuz biri tərəfindən oyandırılmaq, günə o gözəl səsi eşidib, gözü görüb başlamaq.
– Pis keçdiyini düşündüyün bir imtahandan pis qiymət almamaq, kəsilməyi gözlədiyiniz bir dərsdən keçmək, sinifdə heç kimin cavab verə bilmədiyi bir suala cavab vermək.
– Meyvə suyunun çöldə olduğunu zənn edəndə soyuducudan çıxması.
– Yay ortasında buz kimi bir qarpız dilimi, yanında ağ pendir.
– Bədəninizdən su kimi tərlər axanda buz kimi bir hovuza tullanmaq.
– Səhər oyananda günəşin üzünüzə düşməsi.
– Yanında olmasalarda ailənin olduğunu bilmək.
– Axşam işdən qayıdanda şansının pik nöqtəsinə çataraq yolda tıxac olmaması.
– Nokiada ilan oynayarkən “high score” etmək.
– Son saniyələrdə avtobusa çatmaq… “dayan bağlama” deyərək qaçaraq avtobusa minmək.
– Heç bilmədiyin bir şəhərdə səhərə qədər küçələrdə avara kimi gəzmək, sahildə gün doğuşunu izləmək.
– Dişləri fırçaladıqdan sonra diş üzərində yaranan sürüşkənlik hissi, sonrasında içilən buz kimi su.
– Sevdiyin bir insanla mətbəxə girib birlikdə yemək bişirmək, onu əllərinlə yedizdirmək.
– Yemək hazırlanarkən çörək batırıb əvvəlcədən yemək.
– Son pulunu səndən daha çox ehtiyacı olan birinə vermək.
– Yeni yağmış qar üzərinə ilk basan olmaq, “xırttt, xırttt” səslərini eşitmək.
– Yataqda sevişmədən əvvəl göz-gözə keçən saatlarda edilən söhbətlər, sonradan sevişib sızmaq.
– Yeni bir məlumat öyrənmək, yeni yerlər kəşf etmək.
– Qışda buz kimi yatağa girən sevgilinin ayaqlarını isitmək.
– Öz evinin olması, evini təmizləmək, əkdiyin bitkilərin böyüdüyünü görmək, təmizlik sonrası olan tər-təmiz qoxunu içinə çəkib bir siqaret yandırmaq. (siqaretə qarşı olsamda bunu bir dəfə yoxlamışam və həqiqətəndə kiçik xoşbəxtlilklərdəndi 🙂 )
– Sevgiliyə uzun müddət sarılıb yanından ayrıldıqdan bir müddət sonra qoxusunun üstünüzə hopduğunun fərqinə varmaq.
– Hazırlaşmadığınız üçün kəsiləcəyiniz imtahanda köçürüb, tutulmadan dərsdən keçmək.
– Siqaretim bitdi deyərkən yeni bir paket tapmaq.
– Gözləriylə gülümsəyən biri ilə saatlar keçirtmək, üzündəki axmaq təbəssümü saxlaya bilməmək, utanmaq.
– Gözlərin bağlansa bel sevdiyin insanla msn başında səhərləmək, danışdıqca üzündə təbəssümlərin yaranması.
– Səhər günəşi görüb, “budilniki” bağlayıb yuxuya getdim qorxusuyla saata baxıb daha tez olduğunu bilib yenidən yuxuya getmək.
– Dənizkənarı parkda gəmiyə minib gəmidə kənara oturub küləyi hiss edərək gəminin arxasındakı dalğaları izləmək.
– Dişin arasında qalan bir şeyin çıxdığı an.
– Bacarmayacağın düşünülən bir şeyi bacarmaq.
– Film izləyəndə sevgilinin yorğunluqdan qucağında yatıb qalması və ya sizin onun çiyninə başınızı qoyub yatmağınız.
– Boş-boş oturub mənasızca tv izləmək.
– Pilləkənləri 3-3, 5-5 çıxmaq.
– Yuyulmuş paltarlardan yayılan qoxu.
– 1 dənə olsa belə güvəndiyin bir insanın həyatında olması, inanmaq, güvənmək, sevmək!
6 comments On Kiçikdən böyüyə xoşbəxtliklər
Əgər istəsəniz siz bu siyahını uzada bilərsiniz!
Gozel duwunulub.. like 🙂
Bura əlavə etmək olar:
– Soyuq qış gecəsində sabah iş olmayacağını bildiyin halda isti cay ve laptop qarşında sevdiyin proje üzərində işləmək
– Gün ərzində tez-tez axşam sevimli football komandanın oyunu olacağınl xatırlamaq
– Təzə geyiminin spesifik qoxusu
Bəyənilsin! Xüsusi ilədə ilk ikisi 🙂
Superrr.. Elavəyə yer qoymamısınız ki. Hamsını demisiz…..
Ağlımda olan və özümün əməl etdiklərim idi bunlar 🙂
Sliding Sidebar
About Me
Kateqoriyalar / Categories
Yazılar / Posts
PayPal ilə alışverişin gələcəyi
November 12, 2011MySQL funksiyaları
November 17, 2011Gözəl həyat üçün 23 tövsiyyə
December 27, 201111.11.11 özünü göstərdi!
November 11, 2011YouTube yenə dizaynını dəyişdi
November 23, 2012Social Profiles