Gələcəyin müharibələrində on minlərlə əsgər, təyyarə, dəniz donanması, top və tankın yerinə ağıllı mikroçiplərlə təchiz edilmiş kompyuterlərlə işləyən irəli texnologiya məhsulu olan silahlarla təmin edilmiş az sayda əsgər, lazer şüaları ilə düşmən hədəfinə atəş açabilən insansız uçan təyyarələr ilə, mini partlayıcılar yer alacaq. Virtual müharibə taktikaları ilə işləyən qərarghlar daha çox məlumata sahib olmağın nə qədər önəmli olduğunun fərqindədirlər.
Daha çox məlumata sahib olan hərbi mütəxəsis heyəti dost və düşmən birliklərin duyğularını, hərəkətlərini dəyişdirmək üçün çalışacaqlar. Burada tək məqsəd var, o da müharibənin qalibiyyətini dəstəkləməkdir. Bu nəticəyə çatmaq üçün ediləcək üç vacib şey var. Bunlar təsirli propaqanda, uyğun metod hazırlamaq və planlayaraq tətbiq etməkdir.
Gələcəyin müharibələrində əsgər irəli texnologiyanın döyüşçüsü olacaq. Roketləri kompyuterlər idarə edəcək, topçu hədəflərini yenə kompyuter vasitəsilə vuracaqlar. Qara ulduz, Stealth olaraq adlandırılan insansız təyyarələr, radarlara görünmədən 8-10 saat uçub şəkillər çəkəcək və rəqəmsal kameralar cəbhədə olan hər əsgərə veriləcək. Müharibə gəmilərinin radarlarına bağlı stansiyalar məlumat mərkəzləri olacaq, kosmosa göndəriləcək cihazlar “egzoz” (bizim dildə bu termini bilmirəm) qazlarından yerdəki hərəkətləri təyin edəcəklər. Peyklər quru-dəniz-havada toplanan bu məlumatların əlaqəsini quracaq və nəticə də qərərgahda olan super komyuterlərə bütün mərkəzlərdən gələn məlumatları toplayıb dəyərləndirərək ən uyğun hücum və müdafiə planını təyin edəcəklər.
Ən güclü silahın bombalar deyil, dəqiq və doğru məlumatlar olacağından gələcəyin müharibələrində əsgərin sayı deyil keyfiyyətləri ön plana çıxacaq.
Aşağıdakı cədvəldə görəcəyiniz kimi texnologiya inkişaf etdikcə məlumat axışı sürətlənir, kilometri qoruyan əsgər sayı isə azalır.
Müharibələr | 10 km qoruyan əsgər sayı | Məlumat ötürülməsi | İllər |
---|---|---|---|
ABŞ vətəndaş müharibəsi | 38.830 | Teleqraf, dəq. 30 kəlimə | 1861-1865 |
I Dünya müharibəsi | 4.040 | Teleqraf, dəq. 30 kəlimə | 1914-1918 |
II Dünya müharibəsi | 360 | (Teleqraf, telefon) dəq. 66 kəlimə | 1939-1945 |
Körfəz müharibələri | 23-24 | Kompyuterlər, dəq. 192 min kəlimə | 1991 |
Tarixi bir qeyd: 1517-ci il, Misir. Yavuz Sultan Səlim Məmlük Sultanı ilə söhbət edir. Müharibədə niyə məğlub olduğunu Məmlük Sultanı belə açıqlayır: “Sizin dönən toplarınız var, mən onlardan almaq istədim? fəqət buradakı alimlər buna kafir icadıdır deyə qarşı çıxdılar.”
1 comments On Gələcəyin müharibələri
Pingback: Psixoloji müharibənin strateji məqsədləriSanan Guliev ()