“Share” düyməsi ləğv olundu

Facebook “like” (bəyən) düyməsi çıxandan “share” (paylaş) düyməsi artıq öz aktuallığını itirirdi. Buna ən bəsit nümunə facebook developpor hissəsindəki “Social plugins”də “share” düyməsini artıq rəsmi olaraq çıxartmışdı, amma hər kəsin saytında bu qalmışdı və hər kəs bunu işlədə bilirdi. Yəni facebook öz saytında yayımlamasa belə dəstəyi dayandırmamışdı. Bu səhər bir tanışın telefon zəngi ilə oyandım ki, bəs saytdakı paylaş düyməsi işləmir. Açdım baxdım həqiqətəndə işləmir. Saytdan şübhələndim, amma ilk əvvəl öz bloquma baxdım və həqiqətən işləmədiyini gördüm. Hətta bir neçə gün onu çıxartmamağı düşünürəm, bəlkə qaytarallar ümidi ilə 🙂  Artıq facebook share düyməsinə dəstəyi tamamilə dayandırmış kimi görünür. Düzünü desəm bunu heç istəməzdim, çünki mənə “share” düyməsi heçdə lazımsız gəlmir, hətta “like”dan daha önəmli gəlir.

P.S. Əgər sizin saytlarınızda da bu düymədən istifadə edirdinizsə artıq məcburən onları “like” düyməsi ilə əvəz edin.

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer