Hüseyn Cavid – Qızlar məktəbində

Bu musiqini axşam işləyəndə TV-dən eşitdim. Anam hansısa verilişə baxırdı sözlər məni uşaqlığıma apardı. Əlifba bayramımda ən sevdiyim müəllimlərimdən biri bu şeiri oxumuşdu. İndi musiqi yazıldığını eşidəndə çox sevindim. Hələ-hələ bu musiqi tərzi sevdiyim tərzdirsə.

P.S. Musiqi Hüseyn Cavidin “Qızlar məktəbində” və ya digər bir adı ilə “Gülbahar” şeirinin sözləri əsasında yazılıb.

-Quzum, yavrum! Adın nədir?
-Gülbahar.
-Pəki, sənin anan, baban varmı?
-Var.
-Nasıl, zənginmidir baban?
-Əvət, zəngin, bəyzadə…
-Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
-Var əfəndim, var…lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-Çox doğru söz…
-Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
-Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
-Sonra kimlər?
-Sonra onun göndərdiyi elçilər.
-Başqa sevdiklərin nasıl, yoxmu?
-Var…
-Kimdir onlar?
-Anam-babam, müəlliməm, bir də bütün insanlar…

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

Site Footer