Gözəl həyat üçün 23 tövsiyyə

Çoxdandır həyatımın həm çətin, həm enişli, həm yoxuşlu, həm xoşbəxt, həm stressli, həm xoşbəxt nəysədə bir sözlə “manna-kaşa” dövrünü yaşayıram. Yazmamağımda onunla əlaqədar idi. Daşları yerinə otuzdurub dəqiq fikirlər yazmaq prinsipimdir. Yoxsa bu gün hiss etdiklərimi bu gün yazıb sabah başqa fikir yazmaq bizlik deyil 🙂 Hər nəysə hər şey yavaş-yavaş yoluna girdi və artıq yazmaq olar qərarına gəldim. Əlimdən gələn qədər pessimist yazmamağı məqsəd qoymuşam bloqumda. Onsuzda itətökdür pessimistlərimiz 🙂 İnsanlarımız üzü turşumuz, dərdli, düşüncəli gəzir küçələrdə. Onlarında gülməyə, arada dünyaya başqa, rəngli bir pəncərədən baxmaq haqqıdır. Həyat çox qısadır və burnumuzu sallamaqla yaşayaraq nə ediriksə özümüzə edirik. Gülmək və həyata fərqli baxmaq lazımdır. Gülümsə! Niyə? Çünki sən bacararsan!

İndi isə keçək tövsiyyələrə:

1. Ucuz maşının olsun, amma ala biləcəyin ən gözəl evi al;

2. Hər zaman, hər yerdə danışa biləcəyin üç lətifə öyrən;

3. Sevinclərini heç vaxt təxirə salma;

4. Həyat yoldaşını çox yaxşı seç, çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90%-i təşkil edir;

5. Hər gün 30 dəqiqə gəziş;

6. Hər yeməkdən sonra şükr et;

7. Bir tanışına sirrini danışmamışdan əvvəl iki dəfə fikirləş;

8. Az maaşa qane olanları əsla qınama;

9. İtirəcək bir şeyi olmayan insanlardan qorx;

10. Gözünün önündə həmişə gözəl şeyləri saxla;

11. Uşaqların ənənə sözünü eşidəndə səni xatırlayacaq şəkildə yaşa;

12. Dininə aid kitabı oxumaq üçün özünə bir il vaxt ver;

13. Kimsə səni qucaqlayanda ilk buraxan sən olma;

14. Hər gün 6 stəkan su içməyi unutma;

15. Səni sevən insanları qoru;

16. Çətində olsa ailənlə tətil etmək üçün hər şeyi yoxla. Bu tətildəki xatirələr həyatındakı ən dəyərli anlardan olacaq;

17. Özünə edilməyini istəmədiyin heç bir şeyi başqasına etmə;

18. Uğura, sakitliyə qovuşduğun, sağlam olduğun və sevildiyin zamanı dəyərləndir;

19. Yaxşı və uğurlu bir evliliyin iki şeyə bağlı olduğunu unutma:

a) Doğru insanı tapmaq

b) Doğru insan olmaq;

20. Valideynlərini, həyat yoldaşını və ya uşaqlarını tənqid etmək istəyəndə dilini dişlə;

21. Evliliyini gözəlləşdirmək üçün hər gün yeni bir şey et;

22. Yaxşılıqla dolu bir fikri və yaxşığını nəticəsini heç vaxt kiçik sayma;

SON 23. olaraq isə

Həyatınızdakı pis hadisələri düşünərək vaxt itirməyin, yoxsa gözəllikləri görmək üçün gecikə bilərsiniz…

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

1 comments On Gözəl həyat üçün 23 tövsiyyə

  • Oxudum hamısını.. Bu zamanlar ehtiyacım olan şeylərdir, hamısını sınaqdan keçirməyə çalışacağam. Tövsiyələrin üçün təşəkkürlər!

Leave a reply:

Your email address will not be published.

Site Footer