YouTube yeni görünüşə keçid

Salam. Bir neçə gündür vaxt azlığından yaza bilmirdim. Bu gün maraqlı bir məlumatlar qarşılaşdım və sizlərlə paylaşmaq istədim. Məsələ YouTube yeni dizaynıdır. Çoxları bunu görüb, amma özü keçmək istəsə də keçə bilməməsidir. Bunun üçün çox sadə 4 mərhələ keçmək lazımdır vəssalam. Mərhələlər aşağıdakılardır:

1. http://www.youtube.com saytını açın
2. Ctrl + Shift və J-ni basıb Chrome-də Developer Tools-u açın
Firefox-da Ctrl+Shift+K basmalısınız
3. “Console”  tabını basıb aşağıdakı kodu ora daxil edin
document.cookie=”VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU”;
və enter basın
4. Və son ən çətin mərhələ səhifəni yeniləyin vəssalam (Reload) 🙂

Sonda isə yeni görünüşün necə olduğunu sizlərlə paylaşıram ki, keçəndən sonra peşman olsanız məni söyməyəsiniz 🙂

Sanan Guliyev: 2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

View Comments (9)

  • "Console" tabında göstərilən kodu yerləşdirib "enter"i basandan sonra "SyntaxError: Unexpected token ILLEGAL" yazır.
    Mən bunu çoxdan etmişdim, amma başqa və uzun-uzadı yolla. Ola bilsinmi ki, məndə başqa görünüş olduğundan bu səhvi versin?

    • Ola bilər səndə fərqlidir. Bu legal yoldur. Test versiyanı rəsmi bu yolla yoxlayırlar. Məndə belə istifadə edirəm.

    • document.cookie=”VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU”;

      Bu kodu köçürt. Orda html götürür, ona görə.!

  • Kimdəsə “SyntaxError: Unexpected token ILLEGAL” yazılırsa, "Console" bölməsinə javascript:document.cookie="VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU"; bu kodu yazsın. Məndə belə işlədi.
    Sənan istəsən, postda aşağıda update kimi yaz :)

    • Nurlan bəy, yazı 2011-ci ildə yəni 6 il əvvəl yazılıb. O vaxt əgər səhv xatırlamıramsa bu cür beta test versiyalar üçün link yox idi. Ona görə insanlar bu yoldan istifadə edirdi. Ekran görüntüsündəndə görüldüyü kimi çox köhnə bir yazıdır.
      P.S. Təşəkkürlər şərh üçün. Başqaları gördüyü zaman faydalı olar ümid edirəm.

Related Post