Müharibələrin qalibiyyətində və ya məğlubiyyətində, sülhün davam etdirilməsində kütlələrin ruh halına təsir etmək ilk dövrlərdən bəri var.
Plansız və təşkilatsız tətbiq haqqında ilk dəfə çinli komandir Suntzu tərəfindən eramızdan əəvvəl 500-cü ildə “Hərb Sənəti” adlı əsərində bəhs edilmişdir.
Çinlilər Hun, Göytürk və Monqol imperatorluqlarını parçaladığı zaman daxili münaqişələri çox yaxşı edib və özlərini qoruyublar.
Monqol orduları müharibə müydanına gəlməmişdən əvvəl ətrafda özlərinin çox böyük bir ordu olduğunu, qarşı tərəfdən daha güclü olduqlarını, hər yeri dağıdıb yandıracaqlarını propaqanda edir və düşməni prosoloji olaraq çökdürürdülər.
Osmanlılar gözdağı vermək yerinə fəth etdikləri yerlərin xalqına xoş münasibətlə yanaşaraq, onlar üçün rahat olacağı təbliğatını edirdilər. Bunun w,wn f’th etməyi planlaşdırdıqları bögələrə əvvəlcədən dərvişlər və tacirlər göndərirdilər. Oxşar addımlar İslam dininin yayılması metodudur. Bir psixiloji fəaliyyət misalı da Hz. Məhəmmədin vəfatında yaşanmışdı. Peyğəmbərin vəfatı ilə ümidsizlik və narahatlıq içində dağılmağa başlayan xalqa xitab edərək Hz. Əbubəkirin: “Ey insanlar, əgər Hz. Məhəmmədə ibadət edirsinizsə, bilinki o ölüb. Fəqət əgər Allaha ibadət edirsinizsə bilinki o əbədidir, birdir və hər şeyə gücü çatandır.” nitqini etməsi çox təsirli olaraq dağınıqlığın qarşısınız almışdır. Eyni şəkildə Yavuz Sultan Səlimin, Çaldırana getdiyi vaxt əsgərlər arasında narahatlıq çıxması ilə əlaqədar olaraq “İstəyən arvadlarının yanına qayıda bilər” deməsi yeniçərlərin ruh halını təsiri altına salmışdı.
Atatürk müharibədən sonra cəmiyyəti yenidənqurma layihəsini tətbiq etdiyi zaman xalqın çox sevdiyi Fevzi Çaxmaq Paşanı heç yanından ayırmaması, onun dindar şəxsiyyətindən yararlanması ağıllı bir metod idi. Atatürk, Fevzi Paşa gəldiyi vaxt ayağa qalxır, onun dindarlığına hörmət edir və süfrədən içkiləri yığdırırdı.
1450-ci ildə mətbəənin icadı ilə psixoloji müharibədə məqsədlər fərqliləşdi. Dağıdıb yandırmaq və öldürməklə hədəflənən, media yolu ilə əldə edilməyə başlandı. Yazılı propaqandanı ən yaxşı istifadə edən liter Hitler idi. Müharibədən əvvəl evlənən hər cütlüyə “Mübarizəm” adlı kitabını hədiyyə edirdi. 5 milyon ədəd çap edilib paylanındığı deyilən bu kitabla xalq Alman irqinin üstün olduğuna, üstün və güclünün hakim olması üçün zəif olanı yox etməsi lazım olduğuna inandırıldı. Nasizm doktrinasını yaradaraq xalqını müharibəyə hazırladı.
Psixoloji müharibə metodu olaraq I və II Dünya Müharibələrində ən çox havadan və yerdən atılan bəyannamələr istifadə edildi. Koreya və Vyetnam müharibələrində iki tərəf də maraqlı misallar göstərdilər.
II Dünya Müharibəsində yaponların Pyörl-Harbor hücumu müddətində qəsdən tədbir alınmaması və qarşı çıxılmamasını ABŞ ictimaiyyətinə müharibəyə girmək məsələsini təsdiqlətmək olaraq şərh edənlər var. Necə ki, Vyetnam, Somali misallarında olduğu kimi, ictimaiyyətin dəstəkləmədiyi müharibələrdə ABŞ uğurlu ola bilməmişdi. Hətta 11 Senyabr 2001 terrorunun ssenarisini araşdıranlar bu tezisi müdafiə edirlər: “Dünyaya hakim olmaq istəyən dərin güclər radikal qrupları istifadə edərək nəzarət edilən bir gərginlik strategiyası ilə ipləri əllərinə almaq istədilər. 700 milyard dollarlıq silah sənaye potensialı hərəkətə keçirilməi idi və zidd gələnlərin baı əzilməli idi.”
Psixoloji müharibənin ən bariz metodu olan propaqandanın yazılı və şifahi media vasitəsi ilə tətbiq edildiyi və məlumatın ən böyük güc olduğu dövrümüzdə, hər kəsr öz doğrusu üçün sülhsevər bir səy göstərməlidir.
Sənaye inqilabı ilə qol gücünün yerini sənaye maşınları aldı. Kompyuter inqilabı ilə insan beyninin yerini artıq internet alır. Bu halda öz fikrinə və düzgünlərinə inanan insanlar, bu vasitəni istifadə edərək psixoloji müharəbəyə qatılmalıdır.
Gücün, elm və texnikanın əlinə keçdiyi dövrümüzdə, strategiyasını buna əsasən təşkil etməyənlər tarixin zibil qabına atılacaqlar.