PHP echo və print əmri

İlk dərsimizə PHP-in Print və Echo əmrləri ilə başlayırıq. Print və Echo əmrləri bir dəyərin ekrana yazdırılmasını təmin edir.

İstifadəsi:

<?php

echo "Salam Webbala!";

?>

Taglar:
PHP kodları, ya da tagları arasına yazılır. şəkildə istifadə etməniz, köhnə php versiyalarında problem yaşamamağınız üçün daha yaxşıdır, amma tagları ilə yazdığınızda kodlar da işləyəcək. PHP-də yazılan hər əmr sətirinin sonunda ; (nöqtəli vergül) işarəsi istifadə edilir.

Hər şeydən əvvəl deyək ki, PHP işlədə bilmək üçün sizin bir apache serverə ehtiyacınız var. Bunu pulsuz hostinglərlər edə bilərsiniz, amma ən məsləhətlisi öz kompüterinizdə localhost qurmaqdır. Bunu özünüz apache qurmaqdansa hamısı paket halında olan XAMPP yükləyə bilərsiniz. Google-da axtararaq bunu rahatlıqla edə biləcəyiniz üçün burada ətraflı izahat vermirəm. Əgər çətinlik olarsa onun üçün də bir yazı yazaram. Deməli XAMPP qurduqdan sonra qurduğunuz yerdə htdocs qovluğu yaranır. Siz sırf bizim dərslərimizi yoxlamaq üçün htdocs içərisində webbala qovluğu yaradın və o qovluqda boş bir index.php faylı yaradırıq və bu faylın içinə üstdəki kodları yazırıq. Brouzerinizdə ünvan sətirinə http://localhost/webbala/index.php yazdığınızda ekranda Salam Webbala! yazısını görəcəksiniz.

Bu əməliyyatı echo yerinə print əmri istifadə edərək də edə bilərsiniz. Ancaq echo əmri print əmrindən daha sürətli işlədiyi üçün bütün dərslərimizdə echo əmrini istifadə edəcəyik. Bu iki əmr arasındakı fərqlilikləri ayrı bir yazıda sizlərə izah edəcəyəm.

Hələlik bu qədər 🙂

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer