Dəyişənlər hər proqramlaşdırma dilində istifadə olunur. PHP-nin istifadə şəkli $ (dollar işarəsi) ilə birlikdə yanına yazdığımız dəyər o dəyişən adını təyin edir. Dəyişən adları böyük-kiçik hərfə həssasdır.
Ən çox istifadə edilən dəyişən tipləri Integer və String tipləridir. Integer, ədədlər üçün String, xarakter topluluğu üçün istifadə edilir. PHP-də dəyişən tiplərinin bildirilməsinə çox ehtiyac yoxdur.
String tipində dəyişən
[php]
<?php
$ad = "Sənan Quliyev";
?>
[/php]
Yuxarıdakı kodumuzda $ad yazaraq dəyişlənimizin adını ifadə etdik. Dərhal sonrasında = “Sənan Quliyev”; yazaraq $ad dəyişəninə Sənan Quliyev dəyərini verdik. Bu əməliyyatda təyin olunmuş dəyəri cüt dırnaqlar “” arasına yazdıq və sətirin sonunu hər zaman olduğu kimi ; (nöqtəli vergül) ilə bitirdik.
Əgər sətir sonlarını ; ilə bitirməsəniz bəzi xətalar ilə qarşılaşarsınız. İndi bu dəyişəni ekrana yazaq.
[php]
<?php
$ad = "Sənan Quliyev";
echo $ad;
?>
[/php]
Bu kodları əvvəlki dərsdə dediyimiz kimi webbala qovluğunda uzantısı php olan bir fayla qeyd edin və ünvan sətirinə fayl ünvanını yazaraq test edin. Səhifədə, dəyişənə təyin etdiyimiz dəyər olan Sənan Quliyev yazıldığını görəcəksiniz.
Integer tipində dəyişən
[php]
<?php
$say = "7";
echo $say;
?>
[/php]
Bu kodları da yenə eyni şəkildə webbala qovluğunda bir fayla qeyd edin və ünvan sətirinə fayl ünvanını yazaraq test edin. 7 dəyəri ekrana yazdırılacaqdır.