Fix: The was a problem sending the command to the program

Təbiətin dəyişilməz qanununa yenədə uyğunlaşdım. Həmişəki kimi tələb təklifi yaratdı. Hər nəysə qısacası bu bloqda bu tipli yazıları yayımlamayacaqdım, amma bu gün işdə bir iş yoldaşım Microsoft Excell ilə əlaqədar bir problemini dedi. Araşdırdım onu düzəltdim və kiminsə nə vaxtsa bu problemlə üzləşəcəyini düşünərək vaxtım varkən sizlərlə paylaşım dedim. Deməli “The was a problem sending the command to the program” probleminin həlli haqda yazacam. Problem hər hansısa excell faylı açanda belə bir bildirişin proqram tərəfindən göstərilməsi və faylın açılmamasıdır.

Problemi gördük indi keçək həllinə. Problemin həlli: Deməli Excell proqramını açırsınız yuxarıda Microsoft ikonunu basıb “Excell Options” daxil olursunuz, sonra “Advanced” seçirsiniz, sonra “General” bölməsinə gəlirsiniz və ən son olaraq “Ignore other applications that use Dynamic Data Exchange (DDE)” qarşısındakı işarəni silirniz. Vəssalam şüttamam! Artıq excell faylları birbaşa rahatlıqla aça bilərsiniz.

Sanan Guliyev: 2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.
Related Post