Bill Me Later nədir?

Araşdırmalarıda görə Halil bəyə təşəkkürlərlə yazıya başlamaq istəyirəm. Əməyə hörmət hər kəsin borcudur. İndi keçək əsas məsələyə. Bill Me Later nədir?

“Bill Me Later” demək olarki PayPal tərzində bir ödəmə sistemidir. Sistemin məqsədi “indi al, sonra ödə” dir. 2002-dən bəri aktiv olan bu sistemin 3 milyona yaxın qeyd olmuş üzvü var. 700-dən çox əməkdaş olduğu veb saytı var (Amazon, ToysRus.com, Walmart.com, Apple,…) 2007-ci ildə 100 milyon dollara yaxın bir gəlirə yaxınlaşacağına inanılırdı.

Mastercard və Visa tərzində bir odama sisteminə sahib olan bu şirkət çox yeni və adət edilməmiş olmasına baxmayaraq indiyə qədər 200 milyon dollarlıq sərmayə köməyi və 640 milyon dollarlıq borc icazəsi almışdır. Bill Me Later sistemi CIT Bankıyla işləyir.

Bill Me Laterin Gəlir Modeli:

BML hər əməliyyatdan %1.5 komissiya götürür. Visa və Mastercardın nisbəti isə %2dir. Ayrıca müştərilərin gecikdirdiyi ödəmələrdən qazandıqları maliyyə ödənişləri var.

Bill Me Laterin iş tərzi (Müştəri):

Müştəri Bill Me Later ilə işləyən www.amazon.com mağazasından $1000-lıq bir alışveriş edir (1 yanvarda). Ödəmə variantlarında Bill Me Lateri seçir və çıxan hesab girişində, doğum tarixini və özünə məxsus olan Sosial Təhlükəsizlik Nömrəsini (və ya bizimkiləşdirsən şəxsiyyət vəsiqəsinin nömrəsi) son 4 rəqəmini daxil edir. BML Sosial təhlükəsizlik nömrəsini və doğum tarixini qarşılaşdırır və təsdiqləyir (həm kredit yoxlanışının, həm də şəxsin təsdiqlənməsi). www.amazon.com saytına təsdiqi göndərir və alışveriş reallaşır. Ünvan məlumatından başqa bir məlumata (hesab, və s…) ehtiyac olmur.

BML müştəriyə fakturanı kəsir və ünvanına göndərir. Müştəri 90 gün ərzində hər hansı bir zaman heç bir faiz və ya bənzər bir xərclə qarşılamadan fakturanın orijinal əvəzini ödəyə bilir. (Bu müddət ərzində satıcıların 30 ilə 90 gün arasındakı qaytarma variantları səbəbiylə firmanın mühasibliyinə belə keçdiyinə inanmıram) Əgər 90 günlük müddət ərzində müştəri fakturanı ödəyə bilməzsə onda bir illik faiz və ödəmə planı aktiv edilir. $1000-lıq faktura bir anda bir il içində ödənməsi lazım olan $1195.81-a çevrilir. Yəni illik %19.99-luq bir faiz dəyəri tətbiq olunur. 1 maydan etibarən 11 ay boyunca $100-lıq və son 1 ayda $95.81-lıq bir ödəmə planı yaradılır. (Nisbətlər belə olsa da hər maliyyəyə etmə vəziyyətində minimum maliyyə xərci $2-dır.)

Bill Me Later Üstünlükləri:

Satıcılar üçün:

• %25 daha az komissiya

• Krediti dolmuş müştəriləri hədəfləyə bilər

• Kredit kartı nömrəsini vermək istəməyən, güvənməyən bir müştəri seqmentini hədəfləyə bilir.

Müştərilər üçün:

• Hər sayta ayrı-ayrı kredit kartını verməsini önləyir

• Xərcə düşmədən kredit limitinin üstünə çıxa bilər.

• Kredit kartı çıxarışında görünməsini istəmədiyi məhsulları ala bilir

• Kredit kartı çıxarışında alver etdiyi yerin görünməsini istəməyə bilir.

Mastercard və Visaya qarşı :

• Daha ucuz əməliyyat xərcləri var

• Çünki müştərilərinin %80-i internetdən ödəmələrini edirlər.

• Satışa çıxarmağa müştəri hesabı başına $6-dan az xərcləyərək bu qədər yüksəldilər.

• Mastercard və Visa isə hesab başına yüzlərlə dollar xərcləyirlər.

Bütün bu üstünlüklərlə yanaşı bu xidmətə yanaşma birmənalı deyil. Yəni kifayət qədər şikayətlənənlər də var. Sizlərə bununla bağlı bəzi linklər verirəm. Özünüz araşdırıb istifadə edib etməmə barədə qərar verə bilərsiniz, amma məncə uzaq durmaqda fayda var.

http://bits.blogs.nytimes.com/2007/12/11/bill-me-later-is-getting-big-now/

http://www.renjusblog.com/2007/06/is-bill-me-later-scam.html

http://www.my3cents.com/showReview.cgi?id=10772

Sanan Guliyev: 2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

View Comments (2)

  • Yaxın bir ay ərzində Bill me Later xidmətindən istifadə etməyi planlaşdırıram və müsbət təsir bağışlasa "Yaxın durmaqda fayda var" deyə bir məqalə də mən yazacam :)

    • Təki problem çıxmasın. Bizim istəyimizdə sistemin tam kələksiz, şəffaf işləməsidir. Bəlkə nə vaxtsa bizimdə ehtiyacımız oldu. Təcrübə edib fikirlərini bildirsən yazını mən belə yazaram ;)