Hamıya salamlar. Deməli belə. Böyük ehtimalla hamı öz-özünə fantaziyalarını işə salıb və ən əsasıda nədir bu 11.11.11 sualını mütləq özünə verib. Qısacası biraz araşdırdım. Gün ərzində o qədər 11 görüb o qədər 11 söhbəti etdilər ki, araşdırmamaq mümkün deyildi 🙂 İlk maraqlı məqam bunun bir “Polindrom” say olmasıdır.
Polindrom nədir?
Polindrom tərsinə oxunuşu da eyni olan cümlə, söz və ya saylara deyilir.
Sizə bir neçə misal gətirək. Misal üçün polindrom saylar: 323, 8778, 987789, 56477465 və s. Bundan başqa bəzi polindrom sözlərdə var. Misal üçün: ata, ana, sus, dad, qulluq və s. (mənim ağlıma gələnlər 3 həflilər idi :D) Hələ bunlar azmış kimi polindromik cümlələr var. Hətta oha dedizdirəcək manyak şairlər var ki, sırf polindromiklik qaydasına uyğun şeirlər yazır və s.
Bu yazımı niyə gecə yazdım? Səbəb gün ərzində olacaqları bilmək idi. Deməli 11.11.11 tarixi üçün 13 min cütlük evlənmək üçün sıraya düzüldü, bu tarixdə doğum etmək istəyənlər xəstəxanalara axın etdi və doğum sayı 2.5 dəfə artdı. Bundan biznes maraqları üçündə istifadə etdilər. İxtisasıma uyğun xüsusi 11.11.11 bal ayı turları təşkil olundu və s. Buna ən maraqlı misal “Dedeman Hotels&Resorts International” bu tarixdə doğulacaq uşaqlar üçün xüsusi sosial məsuliyyət layihəsi hazırladı. Bu tarixdə 11:00 da doğulacaq uşaqlara 100 TL (Türk Lirəsi) hədiyyə veriləcəyi və 11 yaşına qədər hər yaş günü onları oteldə qonaq edəcəklərini vurğuladı.
Hətta deyəsən film sənayesi belə bu tarixdən təsirlənib. Bu gün 11.11.11 adlı film təqdim olunacaq. Filmin treylerini yazının ən alt hissəsində izləyə biləcəksiniz. Mişar (Saw və ya hamının Pila dediyi) 2, 3, 4 seriyalarını çəkən Darren Lynn Bousman tərəfindən çəkilən 11.11.11 filmi qorxu və adrenalin dolu bir film olacağından danışırlar. Sözün düzü “Mişar” kimi filmləri izləmədiyimə görə bunuda izləməyəcəm böyük ehtimal.
Son olaraq gəlim özümə. Millət buraxın bu boş-boş ehtimalları, uydurmaları və danışıqları. 11.11.11 sıradan bir gündür. 08.03.11 kimi. Yəni mən bu gün fərqli heçnə görmədim. Misal üçün səhər işə gedəndə marşrutda basabas idi və yaxud metroda dirəyi qucaqlayaraq getdim. Yəni nə marşrut genəlməmişdi, nədə metro ikimərtəbəli olmamışdı. Sıradan bir gün idi. Sözün düzü bu gün elədə qeyri-adi deyil axı. Onu qısaltmasaq 11.11.2011 olur. Amma mən 1000 il əvvələ qayıdıb. 11.11.1111 tarixində olmaq istərdim. Bax onda oturub 11.11.1111 11:11:11 gözləməyə dəyərdi.
P.S. Amma bütün bu dediklərimə baxmayaraq bundan psixoloji dayaq kimi istifadə edib pis şeyləri atıb 0-dan başlaya bilərsiniz məncə. Bu fürsətlərdən bu tipli yaxşılığa doğru addım kimi istifadə etmək istəyən insanlar üçün həqiqətən möcüzə olur 😉
7 comments On 11.11.11 özünü göstərdi!
Sənan RiyaziKəllə! Mən də deyirəm ki, bu Sənan kimdir!Kəllə ki kəllə! Çox sağ ol. Maraqlı idi. Yazdıqlarında da səhv görmədim. Belə davam elə.
Təşəkkürlər, Vüqar! Əlimdən gələn qədər çalışacam.
Maraqlı idi:) Düzdür mənim üçün də bir dəyişikliyi yox idi bu günün…Fərq yalnız ayın 11 ci gününə təsadüf etməsi idi . Bu Mənim Əlamətdar bir gündür..:)
Sənan bu yazını indi imkan edib oxuya bildim. Ləzzət elədi. 😀 Hələ axırda o 1000 əvvələ qayıtmaq məsələsi lap xoşuma gəldi. 🙂
Bəyəndiyinə sevindim!
Yazılarda səhv görmədim. vvebbala-da səhvlər çox idi. Ama bu səhv gözümdən qaçmadı: Fikrini özünə saxlasan maraqlı olmaz. Paylaş “bizdə” yox “biz də” bilək 🙂
Təşəkkürlər təklif üçün. O qramatik səhvi düzəldəcəm. Minnətdaram!
Sliding Sidebar
About Me
Kateqoriyalar / Categories
Yazılar / Posts
PHP nədir?
November 7, 2011PayPal ilə alışverişin gələcəyi
November 12, 2011Maşın Öyrənməsi nədir?
August 22, 2017kilometrələrcə uzaqda olmasına baxmayaraq “mə…
October 12, 2013PHP dəyişənlər
December 17, 2012Social Profiles