Yağ yağış yağ elə lehsan

Deməli bugün (17.04.2012)  “Xırman” şirkəti ilə bir görüşməyə getdim. Görüşəcəyimiz yer Biləcəriyə yaxın idi. Nəysə əsas məsələ o deyildi zatən. Getdim görüş gedən vaxtı güclü yağış başladı. İçəridə olduğum üçün çoxda ciddiyə almadım. Hardasa saat yarımlıq bir görüş oldu və çıxanda çox güclü yağış yağdığını gördüm üstəgəl dərsə tələsdiyim üçün taksiyə mindim ki, tez çatım. İctimai nəqliyyatla 40 dəqiqəyə getdiyim yolu, taksi ilə 1 saat 50 dəqiqəyə getdim və bu azmış kimi, kifayət qədər əsəbləşmişdim taksi sürücüsünün normal yolu qpyub kəsə yol adıyla bizi zibilə soxmasına. Ancaq bu 1 saat 50 dəqiqəlik yolda xeyli kitab oxudum və üstəgəl maraqlı mənzərələrlə qarşılaşdım. Yeni salınmış yol və körpünün altı üstəgəl keçid su dolu idi. Bizim gecikmə səbəbimiz yol ortasında qalan bir maşın idi, hansı ki, konkret su basmışdı və xala ilə day-day dizlərindən belə yuxarı suda idilər. Çox yazıb başınızı ağrıtmayım, fotolar hər şeyi danışacaq. Sadəcə bir şey maraqlı gəldi, görəsən bu yağış 2 saat yox bütün günü yağsaydı hansı mənzərə olardı? 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *