Twitter yeni görünüşə keçdi (yenilənib)

Çoxdandır baş qarışıq idi yaza bilmirdim. Arada hesablarımı nəzərdən keçirirdim. Dünən @AzeriFire sayəsində Twitterin yeni görünüşü haqda məlumat verdiyi səhifəyə baxdım. İlk görünüşdən məndə facebooklaşma effekti yaratdı. Yeni görünüş haqqında o səhifəyə baxmaq istəsəniz fly.twitter.com linkindən baxa bilərsiz. Əslində bu görünüşü bəyəndim sözün düzü, amma bu gedişatla özünü tam facebook-a oxşatmasa yaxşıdır. Misal üçün artıq “reply”ları facebookdakı “comment”lər kimi əsas tweetin altına yığıb. Şəkillərə rəy, teq və s. Yavaş-yavaş bura qədər gəldi və ən sonda dizaynını da belə etdi. Bunlar sadəcə mənim fikrimdir. Kimsə razı olmaya bilər. Kiminsə öz fikirləri varsa bölüşsə sevinərdim. Sonda isə yeni dizayn barədə videonu və yeni profilin görünüşünü paylaşıram. Əgər sizdə hələ yenilənməyibsə səbirli olun. Çox çəkməz sizi də sevindirər twitter 🙂

Bu yazını yazıb paylaşdıqdan sonra facebookda maraqlı bir şərh gəldi. Şərhi @AzeriFire yazmışdı. Şərh: “Yeni dizaynı sənin bloquna oxşadıblar =)”. Mən heç fikir verməmişdim. Doğurdanda əməlli başlı oxşadıblar. Twitterdə facebooklaşma ilə yanaşı Quliyevləşmədə gedir 😛

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer