Sıxışdırılmış həyatlar

birbaşa qana qarışacıqsa… gecə yarısını çox amma çox keçib… bir neçə saatdır yağış yağır və gedərək daha az avtomobilin keçdiyi prospektə, küçə lampalarının altında süzülən yağış, işıqları sönən evlərdə hələ yatmamış bir neçə otağa baxaraq qırmızı şərab qurtumlanır, playlist-də sobanın yoldaşlığı ilə rolling stones çalınır. mahnı aralarındakı boşluqlara şəhərin səssizliyi sızır. gecə şəhərə yağış yağır, işıqları sönmüş mənzillər kimsəsiz məzar daşları kimi yuxudadır. üstünü qar örtmüş ağac budaqları yuxudadır. şərab şüşəsi, aşiq olduğun qadın, otaqdakı kölgələr, kitablar, sözlər yuxudadır. bütün şəhər yuxudadır. səmadan düşən yağış dənələrindən birini belə qaçırmamaq üçün sanki, sürətlə yeni bir şüşə şərab götürürsən. soyuq pəncərə şüşələrinə burnun dəyəcək qədər yaxınlaşıb, şəhərin islanmış damlalarının altında yavaşca çıxartdığı mırıltıları, laptopda playlistdə çalınan o köhnə mahnılar və soyumağa başlayan sobanın içindəki odunların əsrarəngiz çırtırtılarının yoldaşlığı ilə dinləyirsən..
bəzi mahnıların dinləmədən gözəl olduğunu bilirsiniz, bəlkə də həmişə onun üçün gözləyirdiniz. elə bir an yaşayarsınız ki, əslində uzun müddətdir o anın içində olduğunuzu, amma bunun təzə fərqinə vardığınızı anlayırsınız. bəzən bir mətn oxuyursunuz və özünüzün yazdığına and içə biləcəyiniz sözlər kombinasiyası unutduğunuz, amma sizə siz qədər yaxın bir şeyi xatırladır. eyni dili danışan insanların bir-birlərini izdihamların uğultusu içində seçdiyi zaman içlərində hiss etdikləri istiliyi xatırladan bir duyğudur mənimki. eyni şeyləri izah etmək cəhdinin, pəncərələrdəki buğda gizli hüznün, yemək və rütubət iyi verən qəsəbə küçələrinin, itib gedənə uzadılan əlin, gecə qaranlıqlarının və stansiya hüznlərinin qırıq hekayəsi.
həyat suallar soruşmaq və cavablar axtarmaqdan ibarətdir bir baxımdan. yaxşı-pis üzərində düşünmək, sözləri məcbur etmək, düşüncələri ola bildiyincə rahatlaşdırmaqdır. bu mənada sualları cavablamaqdan daha əhəmiyyətli olan doğru sualları soruşmaqdır. cavablar necəsə olsa özbaşına əmələ gələcək.
köhnə bir rəvayətə görə dünyada daha əvvəl heç soruşulmamış o sualın qəflətən səmada yaranan işıqlar kimi ağıllardan birinə düşdüyü təqdirdə bir daha heç bir şeyin əvvəlki kimi olmayacağı və o gün yeni bir çağın başlayacağı deyilir. bir başqa rəvayətə görə isə o gün çoxdan yaşanıb.
itirilən inanclar o sualı axtarmaqdadır. bəlkə də çoxdan tapılıb. bilirəm. romanların hamısını heç oxumuram lakin oxuduğum sətir aralarında qalmış köhnə hekayələri və şeirləri gözləyirəm.
‘yaşayaraq çirklətməsələr hər şeyi..’
insan yaşlandıqca daha çox anlayır yəqin bunu. yaşlandıqca əlimizdəki həyatı çox dəyişdirə bilməyəcəyimizin fərqinə varırıq. hər keçən gün əslində şanslarımızı bir-bir istifadə edirik. o şəhər idi, bu qadın idi, eşq idi, uşaqlıq idi, ayrılıq idi, xoşbəxtlik idi. bəzən özümüz hiss etmədən gedir həyatlarımız, idarənin bizdə olmadığını hiss edirik. taxtadan azalan şahmat daşları kimi, götürülüb bir kənara qoyulur fürsətlər.
mən isə, bu duyğunu çox əvvəllər, orta məktəbdə abituriyent olanda hiss edirdim. həyatım sanki platonik eşq ilə abituriyentlik arasına sıxışıb qalmış kimi idi. sıxışdığı qayaların arasından nə ürəyimi, nə xoşbəxtliyi, nə dincliyi, nə də ümidi çıxara bilməmişdim. bilirəm, bununla gəncliyin depressiya marağı deyə lağ edilir. bəlkə də marağımdan mən qoymuşdum o qayaları ora; amma əlimdə deyildi, hər şey bir yerlərdə tıxanmışdı.
nəysə ki, zaman var idi. “arzu edirəm güclüdür zaman bu acıdan” deyir eee Firudin Düzağaç Yüzün mahnısında, eyni onun dediyi kimi… zaman əsdi keçdi üstümdən, sonra hisslərimi və gələcək ümidimi ovcuma buraxdı…
sonra təkrar başqa səbəblər tapdım, həyatımı onların arasına sıxışdırdım. nəysə ki, bu dəfə doğru yerdə olduğumu zənn edirəm. zənn edirəm!

 

3 comments

  1. Sənan Quliyev   •     Author

    P.S. Bunu Şəkidə ağlımın qarışıq olduğu bir axşam cızma-qara etdim. İndidə əlini ayağını düzəldib sizlərlə paylaşdım! Axıcılıq olmasa üzrlü hesab edin, çünki bəzən özüm belə oxuyanda qarışdırıram 🙂

  2. sazeri   •  

    Əla yazıdır. Bəyəndim . kiçik nüanslari nəzərə almazsaq təbi ki. 😀

    • Sənan Quliyev   •     Author

      Hansı nüanslar misal üçün? 🙂

Leave a Reply to sazeri Cancel reply

Your email address will not be published. Required fields are marked *