Madam ki, yaraşıqlısan niyə sevgilin yoxdur?

Çoxdandır fərqli ortamlarda müşahidələr zamanı xeyli “niyə?” sualı eşidirəm. İnsanlar bir-birindən mənası açıq olan, cavaba ehtiyac olmayan “niyə”lər istəyirlər. Misal üçün: 

– madam yaraşıqlısan, niyə sevgilin yoxdur?
– madam eşqbazsan, niyə bazar günü evdəsən?
– madam çox yemək yeyirsən, niyə kök deyilsən?
– madam çox əyləncəli birisən, niyə dostun yoxdur?
– madam çox ağıllı birisən, niyə kiməsə ilişib qalır ağlın?

kimi suallar soruşula bilər. Bir insanın həyatında bir sevgiliyə yer verməsi üçün yaraşıqlı ya da cazibədar  olması bəlkədə ən önəmsiz, ən lazımsız şərtdir. Nə qədər çirkin qızlar görmüşəm ki, eyni anda 4-5 sevgilisi olsun (çirkin qız dedim çünki mənə görə “çirkin qadın yoxdur özünə baxmayan qadın var” deyimi düzgün deyil). Niyə? Çünki qızın içində istək var. Niyə? Çünki qadının həyatında təmin edilməsinə dəlilər kimi ehtiyac duyduğu bir-birindən fərqli cəhətləri var. On çox “cazibədar” olduğunu hər gün kimsə desin istəyir, saçını kimsə oxşasın istəyir və ya o mənasız gözlərinə kimsə mənalı-mənalı baxsın istəyir. Buna ehtiyacı var. … eqo. Sadəcə eqo.

Başqa bir tərəfdən bir misal gətirsək, yaraşıqlı adam yəqinki gün ərzində yetərincə bəyənən gözlə və ya tərifli sözlərlə qarşılaşdığından xüsusi diqqətə ehtiyac duymur. Yaradıcı olmadığı müddətdə heç bir diqqəti və ya tərifi mükafatlandırmır. Münasibətdə olduğu birindən fiziki olduğu qədər mənəvi tələbləri də olur. Və sıradan adamın tam əksinə sevgilisi olmadan uzun müddət yaşaya bilir. Hə birdəki bu dediklərim o mənaya gəlmir ki, yaraşıqlı olmayan adam onunla bununla yatıb qalxmaq məcburiyyətindədir. YOX! Bu şəxsə məxsus bir məsələdir.

Söhbətə başlayanda nə ilə başladım və ortada haralara getdim. Son olaraq isə bu gün bu yazını yazmağa stimul verən məsələyə gəlib, birazda yazının əlini ayağını yığıb nöqtəni qoyum:

– Bir adam yaraşıqlı olduğu üçün mütləq sevgilisi olmalıdır deyə bir məcburiyyət yoxdur,
– Bir kişi eşqbaz niyyətli olduğu üçün sabah-axşam sevişməlidir deyə də bir qayda yoxdur,
– Bir adam çox yediyinə görə “begemot” olmalıdır deyə bir qanun da yoxdur,
– Bir insan çox gülərüz olduğu üçün trilyonlarla dostu olması vacib deyil,
– Bir insan ağıllı olduğu üçün yaşadıqlarını, dəyər verdiklərini, inanclarını bir anda silməsini və ya üz döndərməsini gözləyə bilməzsiniz.

Maraqlı olmaq gözəl bir şeydir ona sözüm yoxdur, amma analiz qabiliyyətin varsa sual vermədən də cavabları tapa bilərsən. Hə əgər tapa bilmirsənsə seçici olmaq, reallığına inandığın variantları seçmək özü də fərqli bir şeydir. Bunun tiplə yada tipsizliklə heç bir əlaqəsi yoxdur.

Düz hətta dümdüz məntiqdə olan insanların anlaya bilməyəcəyi bir hissdir bu.

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

2 comments On Madam ki, yaraşıqlısan niyə sevgilin yoxdur?

  • Ela, super. Maraqlı olmaq gözəl bir şeydir ona sözüm yoxdur, amma analiz qabiliyyətin varsa sual vermədən də cavabları tapa bilərsən. Hə əgər tapa bilmirsənsə seçici olmaq, reallığına inandığın variantları seçmək özüdə fərqli bir şeydir. Bunun tiplə yada tipsizliklə heç bir əlaqəsi yoxdur. – Tamamile raziyam.

Leave a Reply to Sənan Quliyev Cancel Reply

Your email address will not be published.

Site Footer