Kiçikdən böyüyə xoşbəxtliklər

– Xəyal qurmaq, xəyallara inanmaq, birdən olarsaları düşünmək.
– Bir yay gecəsi səssiz bir sahildə qumların üstündə oturub səmanı izləyib xəyallara dalmaq.
– Yorğun gecənin sonunda sevgilini qucaqlayıb yatmaq.
– Metroya tam qapılar bağlanarkən minmək.
– Avtobusda oturacaq yer tapmaq və enənə qədər qalxmamaq.
– Ananın heç səbəb olmadan gəlib öpməsi.
– Avtomobil istifadə edərkən tam tıxacda sıxılanda radio kanallarını çevirdiyiniz zaman çox sevdiyiniz musiqinin çalınması.
– Avtomobildən əlini çölə çıxardıb küləyi hiss etmək.
– Qar yağanda ağzınızı açıb qar dənəsi tutmaq.
– Kiçik bir uşağın gülümsəməsi… barmağınızı möhkəm tutması.
– Sizin üçün çox əhəmiyyətli olan itirdiyinizi düşündüyünüz bir əşyanızı bir müddətdən sonra təsadüfən əlaqəsiz bir yerdə tapmaq.
– Kiçik bir kəpənəyi uçduğu zaman seyr etmək, ya da uzun qarışqa yolunu təqib edib yuvalarını tapıb onları izləmək.
– Çiyinindəki tutuquşunun gəlib sənə öpüş verməsi.
– Uzun bir müddət sonra evə qayıdanda həmin axşam ananızın ən sevdiyiniz yeməyi bişirməsi.
– Səhərlər aşiq olduğunuz biri tərəfindən oyandırılmaq, günə o gözəl səsi eşidib, gözü görüb başlamaq.
– Pis keçdiyini düşündüyün bir imtahandan pis qiymət almamaq, kəsilməyi gözlədiyiniz bir dərsdən keçmək, sinifdə heç kimin cavab verə bilmədiyi bir suala cavab vermək.
– Meyvə suyunun çöldə olduğunu zənn edəndə soyuducudan çıxması.
– Yay ortasında buz kimi bir qarpız dilimi, yanında ağ pendir.
– Bədəninizdən su kimi tərlər axanda buz kimi bir hovuza tullanmaq.
– Səhər oyananda günəşin üzünüzə düşməsi.
– Yanında olmasalarda ailənin olduğunu bilmək.
– Axşam işdən qayıdanda şansının pik nöqtəsinə çataraq yolda tıxac olmaması.
– Nokiada ilan oynayarkən “high score” etmək.
– Son saniyələrdə avtobusa çatmaq… “dayan bağlama” deyərək qaçaraq avtobusa minmək.
– Heç bilmədiyin bir şəhərdə səhərə qədər küçələrdə avara kimi gəzmək, sahildə gün doğuşunu izləmək.
– Dişləri fırçaladıqdan sonra diş üzərində yaranan sürüşkənlik hissi, sonrasında içilən buz kimi su.
– Sevdiyin bir insanla mətbəxə girib birlikdə yemək bişirmək, onu əllərinlə yedizdirmək.
– Yemək hazırlanarkən çörək batırıb əvvəlcədən yemək.
– Son pulunu səndən daha çox ehtiyacı olan birinə vermək.
– Yeni yağmış qar üzərinə ilk basan olmaq, “xırttt, xırttt” səslərini eşitmək.
– Yataqda sevişmədən əvvəl göz-gözə keçən saatlarda edilən söhbətlər, sonradan sevişib sızmaq.
– Yeni bir məlumat öyrənmək, yeni yerlər kəşf etmək.
– Qışda buz kimi yatağa girən sevgilinin ayaqlarını isitmək.
– Öz evinin olması, evini təmizləmək, əkdiyin bitkilərin böyüdüyünü görmək, təmizlik sonrası olan tər-təmiz qoxunu içinə çəkib bir siqaret yandırmaq. (siqaretə qarşı olsamda bunu bir dəfə yoxlamışam və həqiqətəndə kiçik xoşbəxtlilklərdəndi 🙂 )
– Sevgiliyə uzun müddət sarılıb yanından ayrıldıqdan bir müddət sonra qoxusunun üstünüzə hopduğunun fərqinə varmaq.
– Hazırlaşmadığınız üçün kəsiləcəyiniz imtahanda köçürüb, tutulmadan dərsdən keçmək.
– Siqaretim bitdi deyərkən yeni bir paket tapmaq.
– Gözləriylə gülümsəyən biri ilə saatlar keçirtmək, üzündəki axmaq təbəssümü saxlaya bilməmək, utanmaq.
– Gözlərin bağlansa bel sevdiyin insanla msn başında səhərləmək, danışdıqca üzündə təbəssümlərin yaranması.
– Səhər günəşi görüb, “budilniki” bağlayıb yuxuya getdim qorxusuyla saata baxıb daha tez olduğunu bilib yenidən yuxuya getmək.
– Dənizkənarı parkda gəmiyə minib gəmidə kənara oturub küləyi hiss edərək gəminin arxasındakı dalğaları izləmək.
– Dişin arasında qalan bir şeyin çıxdığı an.
– Bacarmayacağın düşünülən bir şeyi bacarmaq.
– Film izləyəndə sevgilinin yorğunluqdan qucağında yatıb qalması və ya sizin onun çiyninə başınızı qoyub yatmağınız.
– Boş-boş oturub mənasızca tv izləmək.
– Pilləkənləri 3-3, 5-5 çıxmaq.
– Yuyulmuş paltarlardan yayılan qoxu.
– 1 dənə olsa belə güvəndiyin bir insanın həyatında olması, inanmaq, güvənmək, sevmək!

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

6 comments On Kiçikdən böyüyə xoşbəxtliklər

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer