Psixoloji müharibə

Psixoloji müharibə

“Düşmənimi dost edərək, onu yox edərəm.” A. Lincoln

İnsan psixologiyasında hakim olmaq arzusu bütün zamanlarda olub. İdarəni əlində saxlamaq istəyən şəxs və ya şəxslər, əxlaqi sərhədlər daxilində və ya xaricində qalaraq bunu davam etdirməyə çalışırlar. Hakim olmaq duyğusu ümumbəşəri bir duyğudur. Bu duyğunu ədalətli və doğru idarə edə bilmək, tarixdə çox az liderdə reallaşmışdır. İstər ailədə, istər şirkət idarəetməsində, istərsə ölkə idarəetməsində olsun bəzi psixoloji qaydalar bilinirsə doğru qərarlar veriləcək, doğru metodlar tətbiq ediləcək deməkdir.

Psixoloji müharibə, klassik mənadakı müharibənin qazanılması və ya məğlubiyyətində, müharibədən sonra da üstünlüyün davam etməsində, yaxud problemlərin həll edilməsində insanların ruh halına təsir edərək nəticə əldə etmək olaraq təyin edilir.

Düşmənini tanımayan, müharibədə məğlub olur. Həm özünü həm düşmənini tanımayan, müharibədə məğlub olmaqla yanaşı müharibədən sonra da toparlana bilmir. Düşmənini tanımayıb özünü tanıyan, müharibədən sonra müvəffəqiyyətli ola bilər. Həm özünü həm düşmənini tanıyan gücün isə, məğlub olmaq ehtimalı demək olar ki, yoxdur. Özünü tanımayıb düşmənini yaxşı tanıyan gücün, müharibədə məğlub olmaq ehtimalı çox yüksəkdir.

Psixoloji müharibənin birinci addımı, rəqibini və özünü yaxşı tanımaqdır.

İkinci addımı, təzyiq və inandırma metodlarını ustalıqla istifadə edərək qarşı tərəfdə psixoloji çöküntü yaratmaqdır. İldırım Bəyazid  Əmir Teymur üçün çəkilən belə bir misal var: Müharibədən sonra iki xaqan birlikdə vəziyyəti dəyərləndirirlər.

İldırım Bəyazid:

Qüvvətlərimiz bərabər idi, sən necə qələbəyə nail oldun, soruşur. Buna cavab olaraq Əmir Teymur barmağını uzadaraq;

İkimiz də bir-birimizin barmaqlarını dişləyək, deyir. Bir müddət sonra İldırım Bəyazid ağrıya dayana bilməyərək “ah” dediyi anda Əmir Teymur barmağını dərhal xilas edir və sonra da,

Biraz daha dayansaydın mən məğlub olacaqdım, deyir.

Klassik mənadakı psixoloji müharibə, Hərb Təlimnamələrində izah edilmişdir. Bu yazılar seriyası, klassik məlumatları verməklə yanaşı praktik həyatda, beynəlxalq əlaqələrdə idarəçilərin və cəmiyyətin psixoloji xüsusiyyətlərini izah etmək üçün öz dilimizdə məzmunlara faydalı olmaq məqsədi güdür.

Bir xeyli bu mövzunu araşdırdıqdan sonra psixoloji müharibə mövzusunda oxuduqlarımı sizinlə paylaşmaq üçün yazılar seriyası etməyə qərar verdim. Yazılarda mənbə olaraq əsasən Professor Nevzat Tarhanın yazılarından istifadə olunacaq. Müəyyən bir neçə günlük aralarda yazıları yazacağam.

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer