eVisa Azerbaijan layihəsi

VisaforAzerbaijan.com sayt xarici turistlərə aşağıdakı üstünlükləri verir.

  • Azərbaycan vizası almaq üçün sənədlərini hansısa kağız və ya emaillə deyil birbaşa 5 addımlıq prosesi keçərək bütün məlumatları saytdaca doldura bilirlər.
  • Ödəməni hər-hansısa bank hesabına köçürmək üçün banka getmir və ya nağd formada deyil online formada ödəyirlər.
  • Nəticə barədə hər an məlumatlı olurlar və istədikləri bax müraciət statusuna “Ongoing application” bölməsindən özlərinə məxsus xüsusi REF nömrəsi ilə yoxlaya bilirlər.
  • Bunlardan müraciət formasının hər addımında istifadəçi rahatlığı üçün bütün detallar barədə kömək alətləri mövcuddur.

Elektron viza haqqında ətraflı məlumatı aşağıdan oxuya bilərsiniz:

“Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə cari ilin 15 mart tarixindən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılmışdır.

Bu sistem bütün viza prosedurlarını elektron formata yönəldilməsi məqsədilə tərtib edilib. Bu sayt ölkəyə çox sayda turistlərin cəlb olunmasına yardım edir. Beləliklə, turistlər bütün lazımı informasiyanı aşağıda göstərilən milli turizm şirkətləri və ya onların xarici ortaqlarına təqdim etməlidirlər. Bundan sonra milli şirkətlər müvafiq sənədləri hazırlayaraq Xarici İşlər Nazirliyinə (XİN) müraciət edirlər. Elektron vizalar XİN tərəfindən (təxminən 15 gün ərzində) təsdiq edildikdən sonra elektron formatda turistə göndərilir. Azərbaycana daxil olmaq üçün turist yalnız bu sənədi çap edərək sərhəddə təqdim etməlidir. Elektron viza 30 gün ərzində etibarlıdır və onun qiyməti 20 ABŞ dolları (20 USD) təşkil edir.





“Share” düyməsi ləğv olundu

Facebook “like” (bəyən) düyməsi çıxandan “share” (paylaş) düyməsi artıq öz aktuallığını itirirdi. Buna ən bəsit nümunə facebook developpor hissəsindəki “Social plugins”də “share” düyməsini artıq rəsmi olaraq çıxartmışdı, amma hər kəsin saytında bu qalmışdı və hər kəs bunu işlədə bilirdi. Continue reading…


Pulsuz blog xidməti verən 6 sayt

Şəkidə təlim üçün bloq xidmətləri verən saytlar haqqında slayd hazırlayırdım. Sonra elə onları hazırlamışkən bir yazıda burda paylaşmaq istədim. Necə deyəllər “bir güllə ilə iki quş”. 🙂 Əvvəllər forum saytlarında gəzərdik. İndi isə bloqlar, internet dünyasını hakimiyyəti altına almış vəziyyətdədir. Hər kəs izləyəcək bir bloq tapa bilər. Hər kəs bir bloq saytı hazırlaya bilər. Bunun üçün kompüter mühəndisi olmanıza ehtiyac yoxdur. Continue reading…


YouTube yeni görünüşə keçid

Salam. Bir neçə gündür vaxt azlığından yaza bilmirdim. Bu gün maraqlı bir məlumatlar qarşılaşdım və sizlərlə paylaşmaq istədim. Məsələ YouTube yeni dizaynıdır. Çoxları bunu görüb, amma özü keçmək istəsə də keçə bilməməsidir. Bunun üçün çox sadə 4 mərhələ keçmək lazımdır vəssalam. Mərhələlər aşağıdakılardır: Continue reading…