Yağ yağış yağ elə lehsan

Deməli bugün (17.04.2012)  “Xırman” şirkəti ilə bir görüşməyə getdim. Görüşəcəyimiz yer Biləcəriyə yaxın idi. Nəysə əsas məsələ o deyildi zatən. Getdim görüş gedən vaxtı güclü yağış başladı. İçəridə olduğum üçün çoxda ciddiyə almadım. Hardasa saat yarımlıq bir görüş oldu və çıxanda çox güclü yağış yağdığını gördüm üstəgəl dərsə tələsdiyim üçün taksiyə mindim ki, tez çatım. Continue reading…



Gözəl həyat üçün 23 tövsiyyə

Çoxdandır həyatımın həm çətin, həm enişli, həm yoxuşlu, həm xoşbəxt, həm stressli, həm xoşbəxt nəysədə bir sözlə “manna-kaşa” dövrünü yaşayıram. Yazmamağımda onunla əlaqədar idi. Daşları yerinə otuzdurub dəqiq fikirlər yazmaq prinsipimdir. Yoxsa bu gün hiss etdiklərimi bu gün yazıb sabah başqa fikir yazmaq bizlik deyil 🙂 Continue reading…


Sıxışdırılmış həyatlar

birbaşa qana qarışacıqsa… gecə yarısını çox amma çox keçib… bir neçə saatdır yağış yağır və gedərək daha az avtomobilin keçdiyi prospektə, küçə lampalarının altında süzülən yağış, işıqları sönən evlərdə hələ yatmamış bir neçə otağa baxaraq qırmızı şərab qurtumlanır, playlist-də sobanın yoldaşlığı ilə rolling stones çalınır. mahnı aralarındakı boşluqlara şəhərin səssizliyi sızır. gecə şəhərə yağış yağır, işıqları sönmüş mənzillər kimsəsiz məzar daşları kimi yuxudadır. üstünü qar örtmüş ağac budaqları yuxudadır. şərab şüşəsi, aşiq olduğun qadın, otaqdakı kölgələr, kitablar, sözlər yuxudadır. bütün şəhər yuxudadır. Continue reading…


Steve Jobs & Denis Ritchie

Bu dünyada heç vaxt, heçnə unudulmur. Unutdurulmağa çalışılır, fərqli təqdim edilir, ancaq unudulmur. Bu yazını yazmağa məni vadar edən qarşılaşdığım maraqlı bir foto oldu. O şəkli aşağıda sizinlə paylaşmıam. Şəkil özü hər şeyi deyir. Məncə nəyisə geniş izah etməyə ehtiyac yoxdur. Son olaraq deyim ki, mən Steve Jobsun etdiklərinin dəyərini kiçiltmirəm, amma fərqə baxanda kimin nəyə layiq olduğunu və kimin nəyi aldığını görəcəksiniz. Sizləri foto ilə baş-başa buraxıram! Continue reading…



11.11.11 özünü göstərdi!

Hamıya salamlar. Deməli belə. Böyük ehtimalla hamı öz-özünə fantaziyalarını işə salıb və ən əsasıda nədir bu 11.11.11 sualını mütləq özünə verib. Qısacası biraz araşdırdım. Gün ərzində o qədər 11 görüb o qədər 11 söhbəti etdilər ki, araşdırmamaq mümkün deyildi 🙂 İlk maraqlı məqam bunun bir “Polindrom” say olmasıdır. Continue reading…


Zərgəri tapmaq

Normalda atamla çox danışmırıq. Çünki başqa dünyaların, başqa ideologiyaların, başqa düşüncələrin insalarıyıq. Amma arada ikimiz oturanda “Oğlum, artıq böyümüsən” ilə başlayaraq nəyisə izah edir. Bu dəfə də elə oldu və çox maraqlı bir hekayəni paylaşdı mənimlə. Düşünürəm ki, bunu danışmaq üçün mən öz oğlumu gözləməsəmdə olar 🙂 Sizlərlə paylaşmaq istədim. Continue reading…