1980-90-cı illərdə uşaq idin? Necə oldu sağ qaldın?

1. Avtomobillərin təhlükəsizlik kəməri, başlıqları və ümumiyyətlə hava yasdıqları yox idi.
2. Arxa kreslo təhlükəli deyil, tam əksinə əyləncəli idi.
3. Körpə yataqları və oyuncaqlar rəngli idi. Ya da ən azından dəmir idi, müxtəlif kimyəvi maddələr ilə boyanmışdı.
4. Ştepsellərin, avtomobil qapılarının, dərman qablarının və kimyəvi ev təmizləyicilərinin üzərində uşaq qadağa işarəsi yox idi.
5. Kaskasız velosipedə minilirdi.
6. Steril su qablarından deyil, bağça şlanqından ya da müxtəlif başqa qaynaqlardan su içilirdi.
7. Oyun oynamağa getməyin tək şərti hava qaralmadan əvvəl evə dönmək idi.
8. Mobil telefon yox idi və heç kim haralarda gəzdiyimizi bilmirdi. İnanılmazdır…
9. Məktəb günorta bitirdi və nahar üçün evimizə gəlirdik.
10. Bir çox yaramız, qırılmış sümüyümüz və qırılmış dişimiz var idi, lakin heç bir zaman bəziləri buna görə məhkəməyə verilmirdi. Özümüzdən başqa heçkim cavabdeh deyildi.
11. Bolca şirniyyat və kərəyağlı çörəklər yeyirdik və həqiqi şəkərli içkilər içirdik və heç kilo problemimiz olmurdu – çünki həmişə bayırda oynayardıq , aktiv olaraq.
12. Dörd uşaq bir limonadı paylaşa bilirdik. Eyni stəkandan içə bilirdik və kimsə buna görə ölmürdü.
13. Playstation, Nintendo 64, X-boxes, Vídeo oyunlarımız, 99 kabelli kanalımız , Dolby surround, Mobil telefonumuz, Kompüterimiz, İnternet də Chat otaqlarımız YOX İDİ. Onun yerinə DOSTLARIMIZ var idi çoxlu!!!
14. Piyada və ya velosiped ilə uzaqda qalan dostlarımızı ziyarət edə bilirdik, qapılarını döyüb hətta döymədən içəri girib onları oyun oynamağa çagırabilirdik!!!
15. Bəli bayırda, o qəddar, qorxunc dünyada! Qoruyucumuz olmadan! Necə mümkün olurdu bu? Tək qapı ilə futbol oynayırdıq və biri komandaya götürülməyəndə psixoloji zədə yaranmırdı ya da dünyanın sonu gəlmirdi.
16. Bəzi şagirdlər digərləri kimi yaxşı oxumurdu və sinifdə qala bilirdi. Lakin buna görə kimsə Psixoloqa ya da Pedaqoqa göndərilmirdi. Kimsədə Dislexia, konsentrasiya problemi və ya xüsusi şeylər yox idi, sadəcə o məktəb ilini yenidən oxuyurdu.
17. Sərbəstliklərimiz, kədərlərimiz, uğurlarımız, vəzifələrimiz var idi və bunlar ilə yaşamağı öyrənirdik.

Sual: Necə oldu ki, bütün bunlara baxmayaraq ölmədik və sağ qaldıq? Və daha da əhəmiyyətlisi öz şəxsiyyətimizi bu şərtlər altında necə formalaşdırdıq? Sən də bu nəsildənsən? İndiki uşaqlar böyük ehtimal bizim yaşama şəklimizi sıxıcı görürlər (biz də bu şərtlərdə böyüsək elə görərdik), lakin bizlər çox gözəl və xoşbəxt yaşayırdıq!!!!!! deyilmi????

2008-ci ildən bəri proqramlaşdırma və texnologiya ilə maraqlanıram. Layihələrdə əsasən PHP (ehtiyac olduqda Python) istifadə edirəm. Son zamanlarda Maşın Öyrənilməsi sahəsində layihələr üzərində işləyirəm.

Leave a reply:

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Site Footer